ELM VƏ TƏHSİL


“Həyat elmləri və biotibb” jurnalının yeni nömrəsi çapdan çıxıb

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin “Həyat elmləri və biotibb” jurnalının 2019-cu ilə olan ikinci nömrəsi çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, nəşrin bu nömrəsində “Yoğun bağırsağın xoşxassəli törəmələrinin müalicəsinə müasir yanaşma prinsipləri”, “Azərbaycanın Xəzərsahili bitkiliyində rast gəlinən paxlalı bitkilər və onların təsərrüfat əhəmiyyəti”, “AmpliSeq texnologiyası əsasında buğda bitkisi üçün genotipləşdirmә panelinin yaradılması” və digər məqalələr yer alıb.

Həmçinin “Atom yerdəyişmə parametrlərindən istifadə etməklə zülalların verilənlər bazasında olan quruluşlarının yoxlanılması”, “Azərbaycan florasında Tanacetum L. (Asteraceae) cinsi haqqında”, “Gəncə-Qazax bölgəsinin üzümlüklərinin yırtıcı gənələri (Acarı)” başlıqlı məqalələr də jurnalda əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.