MƏDƏNİYYƏT


“Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunacaq

Bakı, 21 may, AZƏRTAC

Mayın 22-də Azərbaycan Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunacaq. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Əlil Təşkilatları İttifaqı və “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyinin iştirakı ilə reallaşacaq.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, “Həyat gözəldir” musiqili-ədəbi gecə Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi tərəfindən təşkil olunan bu yönümdə növbəti, ənənəvi tədbirdir.

Tədbirdə həyata keçiriləcək yeni layihələr elan ediləcək, eləcə də iştirakçıların hazırladıqları rəngkarlıq, qrafik və dekorativ-tətbiqi işlər sərgidə təqdim olunacaq. Proqramın əsas hissəsini vokal və instrumental nömrələrdən ibarət konsert və layihə iştirakçılarının poetik əsərlərinin qiraəti təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.