Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Həyatımızı dəyişən 44 gün

Həyatımızı dəyişən 44 gün

Bakı, 27 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilmiş Anım Günü, eyni zamanda, Böyük Zəfərin başlanğıcıdır. Bununla bağlı AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Həyatımızı dəyişən 44 gün” məqaləsini təqdim edir.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun ərazilərimizi təcavüzkar Ermənistanın işğalından azad etməsi uğrunda müharibəyə başlamasından və bütün həyatımızı dəyişən zəfərdən bir il ötür. Müharibənin başlanmasının səbəbləri və xarakteri nədir? Azərbaycan Ordusu yaratdığı qəhrəmanlıq dastanı ilə necə örnək verdi? Hərbi əməliyyatlar zamanı şəxsiyyət amili hansı rolu oynayıb, diplomatik-siyasi mübarizə və informasiya savaşı necə aparılıb? İşğalçı Ermənistan hansı müharibə cinayətlərini törədib? Hansı səbəblər bizi qələbəyə gətirdi? Zəfərin tarixi əhəmiyyəti və ondan alacağımız ibrət dərsləri hansılardır?

Müharibənin səbəbləri və xarakteri

Ərazilərini işğaldan azad etmək uğrunda 2020-ci il sentyabrın 27-də Azərbaycanın müharibəyə başlamasının bir sıra səbəbləri var idi. Münaqişənin dinc siyasi vasitələrlə tənzimlənməsindən, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsindən boyun qaçıran, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmanı həyata keçirən Ermənistan ötən illər ərzində işğalı “oldu-bitdi” kimi qələmə verməkdən, unutdurmaqdan və diqqəti yayındırmaqdan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələri cəlb etməkdən, Azərbaycanın Qərbə açılan neft-qaz, nəqliyyat-kommunikasiya sistemlərinin qarşısını kəsməkdən ötrü iyul ayında Tovuz rayonu istiqamətində sərhəddə təxribatlar törətdi. Bu hərəkətlər işğalçı ölkənin müdafiə nazirinin yeni ərazilər tutmaq barədə əvvəllər səsləndirdiyi militarist fikirlərin həyata keçirilməsi cəhdi idi. Dövlət sərhədində təxribatın qarşısı alınsa da, yeni ərazilər işğal etmək məqsədilə təmas xəttində Ermənistanın törətdiyi yeni təxribatlar nəticəsində dinc insanlar öldürüldü və mülki obyektlərə ziyan dəydi. Avqust ayında növbəti hərbi təxribata əl atdı və Azərbaycana diversiya qrupu göndərdi. Sentyabrın 27-də səhər saatlarında isə bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu.

Azərbaycan tərəfi zəruri hərbi tədbirləri görməyə məcbur oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında düşmənə qətiyyətli cavab vermək və işğal altındakı torpaqları azad etmək uğrunda müharibəyə başlamaq barədə qərar qəbul edildi. Dövlət başçısı həmin gün xalqa müraciət edərək yaranmış şəraiti izah etdi və qəbul olunan qərarı çatdırdı, Azərbaycanın işinin haqq olduğunu və qələbə qazanacağını bildirdi. Prezidentin Fərmanı ilə ölkədə hərbi vəziyyət elan edildi. Hərbi əməliyyatların başlanması üçün bütün məsuliyyət problemi dinc yollarla tənzimləməkdən boyun qaçıran və hərbi avantüralara əl atan işğalçı Ermənistanın üzərinə düşürdü. Müharibə Azərbaycan tərəfindən xarakterinə görə ədalətli və təcavüzkar Ermənistanın işğalı altında olan torpaqların azad edilməsi uğrunda Vətən müharibəsi idi. Ermənistan tərəfindən müharibə ədalətsiz və işğalçılıq müharibəsi idi.

Azərbaycan Ordusunun qəhrəmanlığı və yaralılara qayğı

Hərəkətə keçən Azərbaycan Ordusu qısa müddətdə bir sıra əraziləri işğaldan azad etdi. Döyüşlər zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan hərbçilərə dövlət xüsusi qayğı göstərdi. Dünya hərb tarixi göstərir ki, dövlət rəhbərləri bir qayda olaraq hərbi əməliyyatların gedişində yaralanan hərbçilərə dərhal baş çəkmirlər. Azərbaycanda isə fərqli oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mərkəzi Hərbi Klinik Hospitalda hərbçilərə baş çəkərək vəziyyətləri ilə tanış oldular. Görüşdə çıxış edən dövlət başçısı Azərbaycan vətəndaşlarının yüksək milli vətənpərvərlik ruhundan, döyüşlərin gedişindən, dövlətin şəhid ailələrinə və qazilərə diqqət və qayğısından bəhs etdi, işğalçı Ermənistanın siyasətinin iç üzünü açdı, düşmənin əziləcəyini bildirdi.

Hərbi əməliyyatlar Ermənistanın və Azərbaycanın müharibə siyasətinin bir-birindən
köklü şəkildə fərqləndiyini göstərdi

Məlum olduğu kimi, müharibə siyasətin başqa vasitələrlə davamı olsa da, dünya hərb tarixində bəlli bir müharibə siyasəti də var. Hərbi əməliyyatlar Ermənistanın və Azərbaycanın müharibə siyasətinin bir-birindən köklü şəkildə fərqləndiyini göstərdi. Döyüş meydanında məğlub olan işğalçı ölkənin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, Füzuli rayonunun Horadiz qəsəbəsini, Goranboy, Tərtər, Ağdam rayonlarını, Mingəçevir, Beyləqan, Bərdə, Tərtər, Ağcabədi, Füzuli, Horadiz və Gəncəni, Ermənistan ərazisindən isə Şəmkir rayonunun ərazisini raket atəşinə tutması nəticəsində mülki obyektlərə ziyan dəydi və dinc sakinlər həlak oldular. Bütün bunlar işğalçı ölkənin müharibənin aparılmasına dair beynəlxalq konvensiyaları kobud surətdə pozduğunu və müharibə cinayətləri törətdiyi göstərirdi. Hərbi əməliyyatların gedişində Ermənistan ordusunda fərarilik artdı. Küçələrdən zorla yığılaraq özlərinə aid olmayan torpaqlara göndərilən ermənilər qorxularından döyüşə girmirdilər.

Ermənistanın törətdiyi ağır müharibə cinayətlərinə baxmayaraq, torpaqlarını işğaldan azad etmək uğrunda döyüşən Azərbaycan heç bir mülki obyekti və dinc insanları hədəf almadı. Bu barədə dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan etdi. Hərbi əməliyyatların gedişində Azərbaycan Ordusundan bir nəfər də olsun yayınan olmadı. Əksinə, insanlar çağırış məntəqələrinə axın-axın gələrək cəbhəyə getmək üçün müraciətlər edirdilər.

Müharibədə şəxsiyyət amili, diplomatik-siyasi mübarizə və informasiya savaşı

Müharibə günlərində hərbi əməliyyatların aparılmasında, amansız diplomatik-siyasi mübarizə və informasiya savaşında Prezident İlham Əliyevin şəxsiyyəti, qətiyyətli siyasi iradəsi, yüksək dövlət idarəçilik, böyük sərkərdəlik məharəti, üstün diplomatiyası müstəsna rol oynadı. Həm müharibəyə qədər, həm də onun gedişində uğurla həyata keçirilən xarici siyasət, yaradılan və ya istifadə edilən əlverişli beynəlxalq şərait öz təsirini göstərdi. Hərbi əməliyyatların gedişində Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycan Respublikasının beynəlxalq hüquq normalarına uyğun olan haqq işini müdafiə etdilər, torpaqlarının işğaldan azad edilməsinə və ərazi bütövlüyünün bərpasına tərəfdar çıxdılar. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti bir neçə dəfə Bakıya səfər edərək Azərbaycanın haqq işinin diplomatik-siyasi və mənəvi baxımdan müdafiə edildiyini birmənalı olaraq bəyan etdi. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop başda olmaqla nümayəndə heyətinin Bakıya səfəri bu baxımdan əhəmiyyətli oldu. Belə bir mövqe Türkiyə dövlətinin və türk millətinin təkcə qardaşlıq hisslərindən deyil, eyni zamanda, beynəlxalq hüquq normalarına dərin hörmətindən irəli gəlirdi. Bununla Türkiyə işğalçı ölkəni müdafiə edən dövlətlərə də dərs verdi. Ermənistanın törətdiyi müharibə cinayətlərinin Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələrinə olduğu kimi çatdırılmasından ötrü Müdafiə Nazirliyində bir neçə dəfə brifinq təşkil edildi. Düşmən ölkənin beynəlxalq konvensiyaları pozaraq mülki əhalini və obyektləri vurması foto və video sənədlərlə diplomatik korpusun üzvlərinə təqdim olundu.

Döyüşlərdə məğlub olmasına baxmayaraq, Ermənistan Azərbaycan haqqında yalan informasiyalar yaymaqda davam etdi. İşğalçılıq siyasətini ört-basdır etmək üçün müharibənin guya xristian dininə qarşı aparılmasına və uydurma “erməni soyqırımı”nın həyata keçiriləcəyinə dair Ermənistanın yalanları müxtəlif dinlərin nümayəndələrinin, məscidlərin, kilsələrin və sinaqoqların yanaşı və bərabər şəkildə fəaliyyət göstərdiyi, Bakıda erməni kilsəsinin saxlanıldığı, ermənilərin yaşadığı Azərbaycan tərəfindən ustalıqla iflasa uğradıldı. 200 ildən bəri aparılan uydurma erməni təbliğatına öldürücü zərbə vuruldu.

İşğalçı ölkənin müxtəlif dövlətlərin vasitəsilə Azərbaycana təzyiq etmək cəhdləri də bir nəticə vermədi. Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Prezident İlham Əliyevə zəng edərək erməni təbliğatının uydurmalarına əsasən guya muzdlulardan istifadə edilməsinə və b. məsələlərə dair səsləndirdiyi əsassız iddialar qətiyyətlə rədd edildi. Sübutların verilməsi istənilsə də, Fransa tərəfi konkret bir söz söyləyə bilmədi. Hərbi əməliyyatların dayandırılması barədə təzyiqlərə məhəl qoymayan Azərbaycan rəhbəri işğal altındakı torpaqların azad edilməsinə dair qəti iradəsini bir daha bəyan etdi.

İnformasiya sahəsində Prezident İlham Əliyev Əl-Cəzirə, Türkiyənin TRT-Haber, CNN-Türk, A Haber, Haber Global, Rusiyanın Pervıy Kanal televiziya kanallarına, Interfaks agentliyinə, CNN International, Rusiyanın RBK, ABŞ-ın Fox News televiziya kanalına, TASS agentliyinə, Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibələrində Ermənistanın siyasəti və törətdiyi müharibə cinayətlərinə, Azərbaycan dövlətinin məqsədlərinə, Türkiyə qırıcılarının Azərbaycanda olmasına, Minsk qrupu həmsədrlərinin fəaliyyətinə və b. məsələlərə aydınlıq gətirdi. Bu müsahibələr Azərbaycanın apardığı hərbi əməliyyatların məqsədinin və işğalçı Ermənistanın siyasətinin xarici ölkələrdə dərk edilməsində müstəsna rol oynadı, dünya ictimai rəyinə və bir sıra dövlətlərin mövqeyinə təsir göstərdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə döyüşlərin aparılması, yaranmış şərait və qarşıda duran vəzifələrin geniş müzakirə edilməsi və konkret tapşırıqlar verməsi ölkə başçısının qüdrətli sərkərdəlik məharətini göstərdi. Müşavirədə Müzəffər Ali Baş Komandan cəbhədə qazanılan uğurlardan, düşmənin törətdiyi müharibə cinayətlərindən geniş danışaraq bildirdi ki, Azərbaycanın işi haqdır və ərazilər düşməndən azad ediləcək.

Qəhrəman Azərbaycan Ordusunun keçilməz, sıldırım qayalıqlardan, dağlardan və meşələrdən keçərək əlbəyaxa döyüşlərdə noyabrın 8-də mədəniyyət mərkəzi olan Şuşa şəhərini işğalçılardan azad etməsi Ermənistanın diz çökməsi oldu. Hərbi əməliyyatların gedişində Azərbaycan Ordusu bir dəfə də olsun geri çəkilmədi.

Hərb meydanında məğlub olan işğalçı ölkə noyabrın 10-da üçtərəfli bəyanatı imzalamaqla danışıqsız təslim aktını qəbul etdi. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan imzaladı. Sənəddə hərbi əməliyyatların dayandırılması, əsirlərin qaytarılması, kommunikasiyaların açılması, Rusiya sülhməramlı qüvvələrinin yeridilməsi, erməni qoşunlarının çıxarılması, Naxçıvana gedən yolların tikintisi və b. məsələlər əksini tapmışdı. Naxçıvana gedən dəhlizin yaradılması məsələsinin bəyanata daxil edilməsi Prezident İlham Əliyevin müstəsna tarixi xidmətlərindən biridir. Bəyanatın imzalanmasından sonra Azərbaycan xalqına müraciət edən dövlət başçısı sənədin mahiyyətini izah etdi. Ümumiyyətlə, hərbi əməliyyatların gedişində dövlət başçısının xalqa belə tez-tez müraciət etməsi dünya ölkələrinin dövlətçilik tarixində nadir rast gəlinən hadisədir. Üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam şəhərindən işğalçı Ermənistan silahlı qüvvələri çıxarıldı. Azərbaycan şəhid vermədən və bir güllə atmadan rayonu azad etdi. Bəyanatda noyabrın 15-də Kəlbəcər rayonundan işğalçı qüvvələrin çıxarılması nəzərdə tutulsa da, Ermənistan əlavə olaraq 10 gün vaxt istədi. Bu müddət ərzində işğalçı ölkə yaşayış evlərini, məktəbləri və tibb məntəqələrini yandırdı, meşələri vəhşicəsinə qıraraq taladı. Noyabrın 25-də düşmən qüvvələri Kəlbəcərdən, dekabrın 1-də isə Laçın rayonundan da çıxarıldı.

Zəfər paradı

Qazanılan qələbə münasibətilə dekabrın 10-da Bakıda Azadlıq meydanında Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdiyi Zəfər paradı keçirildi. İki qardaş ölkənin liderləri paradda çıxış edərək qazanılan qələbənin tarixi əhəmiyyət daşıdığını bildirdilər.

Paradda qəhrəman Azərbaycan Ordusunun qoşun hissələri, eyni zamanda, Türkiyə əsgərləri də iştirak etdilər. Düşmən üzərində qələbə qazanılmasında istifadə edilmiş silah və texnikanın, eyni zamanda, cəbbəxanada olan ən müasir silahların nümayiş etdirildiyi parad Azərbaycan hərbi gücünü bütün dünyaya göstərdi. Paradda, həmçinin işğalçı Ermənistandan hərbi qənimət olaraq ələ keçirilmiş silah və texnika nümayiş etdirildi.

Qələbənin başlıca səbəbləri və tarixi əhəmiyyəti

Müharibədə qələbənin qazanılmasının başlıca səbəbləri güclü dövlət, iqtisadiyyat, qüdrətli ordu, xalq və iqtidar birliyi, yüksək milli-mənəvi ruh, səmərəli dövlət idarəçiliyi, yürüdülən uğurlu xarici siyasət, təsirli informasiya siyasəti və s. oldu. Bütün millət düşmənə qarşı tək ürək və dəmir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Arxa cəbhə və ön cəbhənin sıx birliyi təmin edildi. Azərbaycan və dünya üçün böyük tarixi əhəmiyyət daşıyan qələbənin memarı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir.

Azərbaycan, region və dünya üçün böyük tarixi əhəmiyyət daşıyan qələbənin qazanılması ilə hər şeydən əvvəl, Azərbaycan dövləti işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi, erməni faşizminin və neonasizminin belini qıraraq iç üzünü açdı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini təkbaşına yerinə yetirdi.

Qazanılan qələbə Azərbaycan qarşısında yeni üfüqlər açdı. Ölkə dinc quruculuq dövrünə qədəm qoydu.

İbrət dərsləri və gələcəyimizin başlıca formulu

Müharibə və qazanılan qələbə bir sıra ibrət dərsləri verir. Hər şeydən əvvəl, keçilən yol göstərdi ki, Azərbaycanın tərəqqisinin təməlində təbii sabitlik, güclü millət, qüdrətli dövlət və dövlət rəhbəri amili dayanır. Azərbaycan dövləti zəif olan zamanlarda millət daim geri gedib, güclü olanda isə qarşısına qoyduğu məqsədlərə nail olub. Dövlətimizin və millətimizin gələcək yolunun başlıca formulunu Prezident İlham Əliyev belə müəyyənləşdirib: “Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru