MƏDƏNİYYƏT


“Həyatın rəngləri” adlı yaradıcılıq sərgisinin açılışı olub

Bakı, 26 noyabr, AZƏRTAC

“Azərkitab” kitab təbliğatı mərkəzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, rəssam Tünzalə Ağabalayevanın “Həyatın rəngləri” adlı yaradıcılıq sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın kətan üzərində yağlı boya ilə çəkdiyi 30 əsəri nümayiş olunub.

Sərgini layihə rəhbəri Elnurə İsgəndərova açaraq sərgi haqqında geniş məlumat verib.

Sonra çıxış edənlər Rəssamlıq Akademiyasının müəllimi Elşən Quliyev, Rəssamlıq Akademiyasının dosenti Telman Abbasov, türkiyəli rəssam Ahmet Naim Pir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Sabir Əhədov, “GALERA” Sənət Mərkəzinin direktoru, rəssam Mansur Əsgərli və digərləri rəssamın yaradıcılığı və sərgi haqqında təəssüratlarını bölüşüblər.

Sonra Tünzalə Ağabalayeva çıxış edərək sərgisinin təşkilində xüsusi dəstəyinə və fəal iştiraklarına görə Elnurə və Aygün İsgəndərovalara və “Azərkitab” mərkəzinə, onun rəssam kimi yetişməsində əvəzsiz rol oynayan müəllimlərinə və sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Tədbirin sonunda rəssam Tünzalə Ağabalayeva “Azərkitab” mərkəzi tərəfindən diplomla təltif olunub.

Qeyd edək ki, sərgi 3 gün davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.