REGİONLAR


Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı kimi əbədiləşib

Ağcabədi, 7 may, AZƏRTAC

Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynayıb, bizim üçün bugünkü müstəqil Azərbaycanımızı yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan” mövzusunda dəyirmi masada səsləndirilib.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə dahiyanə idarəçilik qabiliyyəti və gərgin zəhməti sayəsində ölkəmiz iqtisadiyyatda, elmdə, mədəniyyətdə, təhsildə - həyatın bütün sahələrində mühüm tərəqqi dövrü yaşayıb. Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşib. Ümummilli Lider öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan dahidir. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycan dövlətçiliyini, həm də bütün bir xalqı məhv olmaq təhlükəsindən xilas edib.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin elmi işçisi Təhminə Seyidova bildirib ki, bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən Ulu Öndər Azərbaycanı dünyaya tanıdıb. Xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırıb.

Tədbirdə fikir mübadiləsi aparılıb, gənclərin fikirləri dinlənilib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.