Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Heydər Əliyev Azərbaycanda ədliyyə və məhkəmə-hüquq islahatlarının müəllifidir

Heydər Əliyev Azərbaycanda ədliyyə və məhkəmə-hüquq islahatlarının müəllifidir

İmişli, 6 mart, Aydın Yavərzadə, AZƏRTAC

Ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, dövlətimizə və xalqımıza şərəflə xidmət edən, hüquq-mühafizə orqanı statusu olan Ədliyyə Nazirliyinin formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə təsis edilməsi məhz Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, gərgin iş və prinsipial siyasi iradə nümayiş etdirilməsi hesabına reallaşıb.

AZƏRTAC Ədliyyə Nazirliyinin İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucovun “Heydər Əliyev Azərbaycanda ədliyyə və məhkəmə-hüquq islahatlarının müəllifidir” başlıqlı məqaləsini təqdim edir.

1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunub və bundan sonra dayanıqlı fəaliyyəti təmin edilib. Həmin dövrdə Ədliyyə Nazirliyi məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardım yaxşılaşdırılıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılması təmin edilib, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaradılıb. Müstəqillikdən sonra da Azərbaycan ədliyyəsinin inkişafı dahi öndərin daim diqqət mərkəzində olub. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə nüfuzu artıb.

Ulu Öndərin ədliyyə sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2000-ci il 11 noyabr tarixli Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Ədliyyə orqanlarının əsas kredosu qismində çıxış edən qanunçuluq və hüququn aliliyi prinsipləri Ümummilli Liderin uzun illər təbliğ etdiyi və öz siyasətində hər zaman rəhbər tutduğu haqq-ədalət ideyasına əsaslanır, ondan qaynaqlanır. Heydər Əliyevin zəngin siyasi idarəetmə irsində haqq-ədalət ideyasının təməl postulatları onun hakimiyyətinin müxtəlif illərində ictimaiyyət üçün əlçatan olub ki, bu da təsadüfi deyil. Həmin postulatlar həm dövlət işində çalışan məmurlar üçün, həm də vətəndaşlar üçün hər zaman bir mayak, bir mesaj rolunu oynamışdır. Belə ki, Heydər Əliyevin ədalət haqqında fikirləri dövlət işində çalışan məmurlar üçün hər zaman rəhbər tutulmalı olan əsas meyar kimi çıxış edib və etməkdədir. Eyni zamanda, Heydər Əliyevin hakimiyyətdə olduğu bütün illərdə həmişə bu sualın cavabı vahid olub – vətəndaş öz dövlətindən yalnız haqqı və ədaləti gözləməlidir.

Hələ “Literaturnaya qazeta” qəzetinin 1981-ci il 18 noyabr tarixli nömrəsində dərc edilmiş “Qoy, ədalət zəfər çalsın” başlıqlı müsahibəsində Ümummilli Lider vurğulayırdı: “Biz idealist deyilik və iddia etmirik ki, Xeyrin Şər üzərində əbədi mütləq qələbəsinə nail olacağıq. Lakin tərəzinin haqq-ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola bilərik və olmalıyıq”. Müstəqillikdən sonrakı illərdə də Heydər Əliyev mütəmadi olaraq, haqq-ədalət ideyalarının dövlətçiliyimiz və xalqımız üçün nə dərəcədə əhəmiyyətli olduğu öz nitqlərində mütəmadi olaraq dilə gətirib və apardığı siyasətin əsas xətti kimi məhz ədalət ideyasının çıxış etdiyini dəfələrlə təsdiq edib. Məsələn, 1995-ci il avqustun 4-də respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə çıxış edərkən Ümummilli Lider vurğulayıb ki, “Heç bir cinayətkar cəzasız qalmayacaq, qaçıb canını qurtara bilməyəcəkdir. Cinayətkarlar gec-tez yaxalanacaq və haqq-ədalət məhkəməsi qarşısında duracaqlar. Bu mənada mən, cinayətkarların hüquq-mühafizə orqanları tərəfindən tapılmasını ictimai-siyasi həyatımızda böyük nailiyyət, hadisə kimi qiymətləndirirəm. Xalq da, ədalət də, görünür ki, Allah da haqqın, ədalətin tərəfindədir”. Yaxud 1995-ci il martın 19-da respublikada dövlət çevrilişi cəhdi və onun qarşısının alınması ilə bağlı keçirilən müşavirədə çıxış edən Heydər Əliyev bildirib: “Biz haqq yolundayıq, ədalət yolundayıq. Biz müstəqil dövlətimizi qoruyuruq, onun inkişafını təmin edirik və bu yolda kim bizə mane olacaqsa, öz cəzasını alacaqdır” və s. Belə sitatları sonsuz sayda gətirmək mümkündür. Onların hamısının qayəsində məhz ədalət ideyası, qanunun aliliyi ideyası durur ki, bu gün həmin ideyalar ədliyyə orqanları üçün onların daim sadiq qalacağı ən vazkeçilməz dəyərdir.

Qanunun aliliyindən bəhs edərkən, Ümummilli Liderin ölkənin Əsas Qanunun – Konstitusiyasının ərsəyə gəlməsindəki rolunu qeyd etməmək mümkün deyil. Məlum olduğu kimi, 1995-ci il noyabrın 12-də referendum yolu ilə məhz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası onun bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilib. Bu Konstitusiya ali hüquqi qüvvəsi ilə yanaşı, Azərbaycanda aparılacaq hüquq islahatlarının başlıca ideya sənədi olaraq, demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib. Ulu Öndər Heydər Əliyevə görə siyasi sistemin mərkəzində şəxsiyyət, onun hüquq və azadlıqları, demokratik və hüquqi dövlət idealları durmalı idi. Bu mənada, dövlətin ali sənədində insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi kimi təsbit edilmiş olması heç də təsadüfi deyil.

Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il 10 noyabr tarixli iclasında çıxışı zamanı Ümummilli Lider qeyd edib: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq”.

Heydər Əliyevin hakimiyyəti dövründə ədliyyə və hüquq sferasında aparılmış islahatlar mübaliğəsiz olaraq, tarixi və millətimiz üçün taleyüklü islahatlar hesab edilə bilər. Belə ki, Heydər Əliyev tərəfindən əfvetmə institutu bərpa edilməklə, vətəndaşların dövlətə, onun rəhbərinə güvəni, ümid və etimadı artıb. Ümummilli Lider 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirib. Bu məqsədlə o, eyni zamanda, məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqini, habelə ədalət mühakiməsinin səmərəliliyini təmin edib. Məhz onun hakimiyyəti illərində ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olunub.

Hüquqi dövlət quruculuğu prosesi çərçivəsində məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini daha da humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək məqsədilə Heydər Əliyev tərəfindən ədliyyə orqanlarında əsaslı islahatlar aparılıb, penitensiar müəssisələrin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi işi başa çatdırılıb.

Azərbaycanda köklü məhkəmə-hüquq islahatlarının aparılmasının zəruriliyini nəzərə alan Ümummilli Liderin təşəbbüsü ilə hələ 1997-ci ildə ən qabaqcıl dövlətlərin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” yeni Qanun qəbul olunub, 1998-ci ildə isə məhkəmə islahatlarına dair proqram xarakterli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Fərman imzalanıb. Ümummilli Liderin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində 2000-ci ildən etibarən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlayıb.

Bu islahatların xronologiyasında daha bir mühüm hadisə kimi Heydər Əliyevin 1999-cu ildə imzaladığı “Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” Fərmanı göstərmək olar. Həmin Fərmanla müstəqillikdən sonra ilk dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə zəruri olan əlavə maliyyə vəsaitlərinin ayrılmasını növbəti ilin büdcə layihəsində nəzərdə tutsun və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Sonrakı illərdə bu islahatlar daha dəqiq müddəalarda əks olunmağa və görülən daha konkret işlərdə təzahür olunmağa başladı. Belə ki, Heydər Əliyevin ilk mərhələlərdə məhkəmə islahatının həyata keçirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi, yeni məhkəmələrin təşkili və onların fəaliyyətinin təmin edilməsi məqsədilə qəbul edilmiş “Azərbaycan Respublikası məhkəmələrinin təşkili və fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanı ilə Bakı şəhərində Azərbaycan Respublikasında bir sıra yeni məhkəmələr (məsələn, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi), eləcə də, Hərbi Dəniz Qüvvələri hərbi məhkəməsinin əsasında Sumqayıt hərbi məhkəməsi, o cümlədən Azərbaycan Respublikasının yerli iqtisad məhkəmələri təşkil edilib, həmçinin bir sıra digər əhəmiyyətli məsələ də öz həllini tapıb.

Bu gün uğurla aparılan məhkəmə-hüquq islahatlarında Heydər Əliyevin dəst-xətinin mövcudluğu, onun hüquqi ideyalarına sadiqlik danılmazdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi” və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il tarixli Fərmanında məhkəmə sisteminin müasirləşdirilməsi işinin növbəti mərhələsinin konkret olaraq nəyə yönəlmiş olması sualı cavablandırılıb. Belə ki, növbəti mərhələdə sırf regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması, habelə digər mühüm məsələlərin həlli nəzərdə tutulurdu. Bütün bunlarda, Heydər Əliyevin siyasi-hüquqi baxışlarının müsbət təsiri aşkar hiss edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

104 yaşlı amerikalı qadın dünyanın ən yaşlı paraşütçüsü olmaq istəyir

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Dövlət ehtiyatlarına aid olan mallar hansı əsaslarla buraxıla bilər?

“Sabah” klubunun futbolçusuna 4 oyunluq cəza verilib

Moskvada Xalq artisti Fərəc Qarayevin 80 illik yubileyi qeyd olunacaq

® “AzerTelecom”un Baş icraçı direktoru nüfuzlu “Global Leadership Women in Tech” mükafatına layiq görülüb

Sentyabrda 164,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb

Tahir Mirkişili: Yeni qanun layihəsi qiymət artımının qarşısını almağa imkan verəcək

NİİM rəisi: Bakının avtomobil yollarında sıxlıqların azaldılması ilə bağlı təkliflər hazırlamışıq

Peşəkar mühasib sertifikatı imtahanında iştirak edəcək namizədlərin nəzərinə

Böyük Qayıdışın Zəngilan mərhələsi

“Çətinliklər: Zamanlar arasında naviqasiya” panel iclası keçirilib

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti beynəlxalq mükafat alıb

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi 3 istiqamətdə təlim məşğələləri elan edir

ÜST: EG.5 koronavirus ştammının yoluxma payı dünya üzrə 33 faizə yüksəlib

“Qaratoxmaq qadın” tamaşasının premyerası olub

Bakıdakı Avropa çempionatının ilk günündə Azərbaycanın 17 güləşçisi fəxri kürsüyə qalxıb

“Dantenin yubileyi” tamaşasının premyera tarixi açıqlanıb

Vətən müharibəsinin xronikası: 3 oktyabr

BŞTİ-yə ötən ay 27 min 990 müraciət daxil olub

Türkiyənin bütün ərazisində anti-terror əməliyyatları keçirilir

Obyektiv mövqe

BDU və Litvanın Mikolas Romeris Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb

Agentlik sədri: Hədəfimiz təchizat dayanıqlılığının təmin edilməsi və kəskin qiymət artımının qarşısını almaqdır

® “Kapital Bank”da İT mütəxəssisləri üçün iş imkanı

Bulud hesablamaları mühitində gecikmələrin azaldılmasını təmin edən planlaşdırma modeli hazırlanıb

Nazir Rəşad Nəbiyev ICESCO-nun Baş direktoru ilə görüşüb

Dövlət ehtiyatları üzrə xərclər necə maliyyələşdiriləcək?

Şirvanda avqust-sentyabr ayları ərzində müxtəlif cinayət faktlarına görə 56 nəfər saxlanılıb VİDEO

Azərbaycanda strateji əhəmiyyətli malların siyahısı tərtib olunacaq

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

Unudulmaz xatirələrin işığında…

Oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür

YARAT Müasir İncəsənət Məktəbinə ərizə qəbulu başlayır

“Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılışı olub

“Şahdağın etnomədəni birlikləri keçmiş və gələcək arasında” adlı kitab nəşr olunub

AQTİ Bakı və bir sıra rayonlar üzrə baytar həkim vakansiyası elan edir

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Şərqşünaslıq İnstitutunda hazırlanan kitab Toronto Universitetinin kitabxanasına hədiyyə edilib

Səbuhi Sadıqov: Dövlət ehtiyatları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi mövcud şəraitdən irəli gələn zərurətdir

AFFA rəsmiləri FIFA-nın tədbirində iştirak edirlər

Lənkəranda yeni qaragilə sortları yetişdirilir - əsas hədəf Rusiya bazarına çıxmaqdır FOTO

Sənayenin inkişafı üçün kosmosun kəşfi vacibdir

Xaçmazda narkotik satan dəstə üzvləri saxlanılıblar VİDEO

Rusiyanın bir çox aerokosmik şirkətləri yeniliklər etmək niyyətindədir

Kanadada “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı keçirilib - FOTO

Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk

Milli Məclisdə “Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi müzakirə olunur

Bahar Muradova: Zorakılıqdan əziyyət çəkən qadınlara pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı öz yaşanmamız var

Xaçmazda dəmir yolu üzərində yeni yerüstü piyada keçidləri inşa olunub

Gəncə şəhərinin daxili yollarının təmiri işləri icra olunur

Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar

Nazir Məcnun Məmmədov Dohada Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb

Şəki-Zaqatala bölgəsi üzrə məktəbəhazırlıq qruplarına 5719 uşaq cəlb olunub

Bakı şəhərinin “3D mobil xəritə” sistemi hazırlanır

Baş prokuror Gəncədə vətəndaşlarla görüşəcək

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdüllətif Camal Rəşidə

“Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Yun Sok Yola

Respublika Gənclər Kitabxanası “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində videomaterial hazırlayıb

74-cü Beynəlxalq Astronavtika Konqresi işini davam etdirir

Tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu mövzusunda konfrans işə başlayıb

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Səbail rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Suqovuşan və Talışın işğaldan azad edilməsindən üç il ötür

Oktyabrın 5-i axşamadək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək

Avstriya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti bəlli olub

İcma: ABŞ Konqresinin bir qrup üzvünün Prezident Baydenə qərəzli məktubunu sərt şəkildə qınayırıq

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub, 13 nəfər xilas edilib

Çempionlar Liqası: “Qalatasaray” “Mançester Yunayted”ə, “Real Madrid” “Napoli”yə qarşı

İƏT-in Baş katibi: Kənd təsərrüfatının inkişafı yoxsul ölkələrdə aclıq təhlükəsini aradan qaldıracaq

Meksika səfiri: Azad olunmuş ərazilərdə bərpa-təmir işləri iki ölkə arasında baş tuta biləcək əməkdaşlığın digər bir sahəsidir

Türkiyənin gənclər və idman nazirinin müavini Fərid Qayıbovla görüşüb

Oyuncaqların təhlükəsizliyinə dair dövlət standartı qəbul edilib

Federasiya prezidenti Ağır Atletika Mərkəzində yaradılan şəraitlə tanış olub

NİİM rəisi: Bakıda yolların uzunluğu nəqliyyat vasitələrinin sayına nisbətdə qısadır – MÜSAHİBƏ

Azərbaycan idmançılarının növbəti reytinq cədvəli açıqlanıb

Beş yüzə yaxın gənc təlimlərə cəlb olunub

Buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı fənlər üzrə işçi qruplarının iclası keçirilib

Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin nümayəndələrinə sosial islahatlar haqqında məlumat verilib

Sentyabrda orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 26,9 faiz artıb

Xidmət müddəti başa çatan bir qrup hərbi qulluqçu tərxis olunub VİDEO

Göyçayda narkokuryer saxlanılıb, ondan müxtəlif növ narkotik vasitələr götürülüb

Xəzər rayonunda yanğın baş verən binada bir nəfərin meyiti tapılıb

Batumidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib

Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə edilir

Ukrayna nəşrində Qarabağ bölgəsində aparılan reinteqrasiya prosesinə Ermənistanın qərəzli mövqeyinə dair məqalə dərc olunub

Norveçdə Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişinə qadağa qoyulub

Nigeriyada “Boko Haram”a qarşı keçirilən hava əməliyyatında onlarla terrorçu məhv edilib

Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib

ABŞ senatının nümayəndə heyəti gələn həftə Çinə səfər edəcək

Azərbaycan sahibkarları Özbəkistanda beynəlxalq sərgiyə dəvət olunurlar

“Miras” İctimai Birliyinin üzvləri PİCASP layihəsi çərçivəsində Vilnüs şəhərində görüşlərdə iştirak edib

Serbiya Kosovo ilə sərhəddə hərbçilərin sayını azaldıb

Beynəlxalq Olimpiya Komitəsi Parisdə keçiriləcək Olimpiadada idmançıların hicab geyinməsi məsələsinə aydınlıq gətirib

AMADA-nın şöbə müdiri “Antidoping Konvensiyası”nın Monitorinq qrupunun iclasında iştirak edib

İtaliyada 4 bal gücündə zəlzələ olub

Metyu Miller: Etnik təmizləmə və ya soyqırımı kimi iddialar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil

Cənubi Koreyada it əti istehlakı qadağan edilir

“Sabah”ın baş məşqçisi: Qələbəmizi Azərbaycan basketboluna həsr edirik