Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Heydər Əliyev Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoyub

Heydər Əliyev Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoyub

Bakı, 12 dekabr, AZƏRTAC

Bu gün Ümummilli Lider, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevi anım günündə dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Ulu Öndər Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə hələ sağlığında xalqımızın qəlbində öz əbədi heykəlini ucaltmışdır. Güclü siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı və fədakarlığı, zəngin idarəçilik təcrübəsi ilə Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

Qeyd edib ki, məhz əbədiyaşar liderin müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan müstəqilliyin ilk illərində dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulmuşdur. Vətəninə və xalqına, milli dəyərlərə və ənənələrə sıx bağlı olan dahi şəxsiyyət dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşmış və milli maraqları hər şeydən üstün tutmuşdur. Qarşılaşdığı həyati ciddi təhlükələrə və təhdidlərə baxmayaraq, Ulu Öndər ən ağır və çətin günlərdə daim xalqın yanında olmuş, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolunda böyük cəsarət və fədakarlıq nümayiş etdirmişdir.

Şahin Bayramov bildirib ki, hazırda müstəqil və qüdrətli Azərbaycanın dinamik, davamlı və hərtərəfli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin alternativi olmayan məqsədyönlü siyasi kursu sayəsində ölkəmiz xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə qədəm qoymuş, müstəqilliyimiz əbədi və dönməz xarakter alaraq güclənmişdir. Hazırda əldə edilən nəhəng uğurlar və möhtəşəm nailiyyətlər Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasının təntənəsidir. Dövlətçiliyimizi möhkəm təməllər üzərində quran, ictimai həyatın bütün sferalarının, o cümlədən iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrinin inkişafında müstəsna xidmətlər göstərən Heydər Əliyev Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoyub.

“Bu gün biz bu izləri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə aydın görürük. Eyni zamanda, bu izlər dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə yeni geosiyasi reallıqlar yaradan Azərbaycanın yazmaqda davam etdiyi şanlı tarixinin bütün müasir səhifələrində də öz təsdiqini tapır. Əminik ki, Heydər Əliyevin zəngin və çoxşaxəli irsi bundan sonra da doğma Azərbaycanın yeni zirvələr fəth etməsi və əzəmətli qələbələr qazanması yoluna gur işıq saçacaq. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq və onun ideyaları daim yaşayacaq”, - deyə o vurğulayıb.

MDU rektoru bildirib ki, dövlət başçımızın Sərəncamı ilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Bu əlamətdar hadisə görkəmli dövlət xadiminin əziz xatirəsini həmişə uca tutan qədirbilən xalqımız tərəfindən böyük razılıq və məmnunluqla qarşılanıb.

“Əsas missiyalarından biri Vətənə, dövlətə və xalqa layiqli mütəxəssislər yetişdirmək olan respublikamızın ali təhsil müəssisələrində, eləcə də Mingəçevir Dövlət Universitetində Ulu Öndərin şərəfli ömür yolunun və zəngin dövlətçilik irsinin öyrənilməsi, gənc nəsil arasında təbliği diqqət mərkəzində saxlanılır. Əminik ki, universitetimizdə, hər il olduğu kimi, 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində də Ümummilli Liderə həsr olunacaq müxtəlif silsiləvi tədbirlər tələbə gənclərin hərtərəfli inkişafına əhəmiyyətli töhfələr verəcək”, - deyə Ş.Bayramov əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zaqatala sakininin meyiti dağlıq ərazidə aşkarlanıb

Dövlət Departamenti ABŞ-nin bütün xarici yardımlarını dayandırıb

Ciddə limanında bir milyondan çox psixotrop həb müsadirə edilib

Türkiyədə çökən binada aparılan axtarışlara 200 nəfər cəlb edilib - YENİLƏNİB

“Fənərbağça”nın sabiq baş məşqçisinin yeni klubu bəlli olub

Romada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Küveytdə terrorizmi maliyyələşdirən 38 nəfərin vətəndaşlığı ləğv edilib

Zaqatala sakini xəstəxanaya daxil olandan sonra anidən ölüb

Azərbaycan və Pakistan arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

“Kəpəz” yeni futbolçu transfer edib

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Almaniyada bir neçə məsciddə bomba xəbərdarlığı edilib

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

Bakıda Hindistanın Respublika Günü qeyd edilib

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair protokol imzalanıb

Naxçıvan Dövlət Universiteti “ASAN xidmət” mərkəzi ilə əməkdaşlıq edəcək

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib

Nazir müavini: Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb VİDEO

Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir VİDEO

Davos-2025 milli maraqlarımıza xidmətin parlaq sübutudur – ŞƏRH

Sədr müavini: Kosmik texnologiyalar sahəsində gənclər üçün xüsusi proqramlar hazırlanır

Təhlükəsiz tullantıların idarə olunması üzrə fəaliyyətin səmərəli təşkil edilmədiyi aşkarlanıb

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb

ATGTİ sədri: Bugünkü forum gənclərin beynəlxalq səviyyədə uğur qazanmasına töhfə verəcək

Britaniyada maliyyə çətinliyi olan bizneslərin sayı rekord həddə çatıb

® “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti“ mövzusunda seminar keçirilib

“İnklüziv sosial inkişaf və sosial təminat” işçi qrupunun növbəti iclası keçirilib

Bakıda Çinin Yeni ili qeyd olunub

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Ötən il istehlakçılara 426 min manat geri qaytarılıb

AQTA-da ərzaq və heyvan bazarlarının sahibləri ilə görüş keçiriləcək

“Milan”ın braziliyalı futbolçusu iki ay oynamayacaq

Ali Məhkəmə Plenumunun ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib

Mali, Niger və Burkina Faso yeni “Sahel Dövlətlər Alyansı” pasportunu təqdim edəcək

Bakıda gənclərin iştirakı ilə kvant fizikasına həsr olunmuş forum keçirilib

® Türkiyənin nüfuzlu Koru Xəstəxanasının nümayəndələri ilə görüş keçirilib

“Azərpoçt” Şuşada poçt məntəqəsi açıb

“Qalatasaray”ın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində keçirdiyi auditin nəticələrini açıqlayıb

Macarıstanda Azərbaycan evində Turizm və Mədəniyyət Günü keçirilib

® “Azercell” abunəçilərinə xəbərdarlıq edib

Ötən il Türkiyədə elektromobillərin sayı 1,3 dəfə artıb

“Məşğulluğa dəstək” layihəsinə cəlb olunan şəxslərə bizneslərini genişləndirmək üçün daha bir imkan

Güləş üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın iclası keçirilib VİDEO

Nazir müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Belarus Prezidenti 15 məhbusu əfv edib

Nizami Gəncəvinin türkcəyə tərcümə edilmiş “Sirlər xəzinəsi” əsəri Ankarada çapdan çıxıb

UNEC Özbəkistanın aparıcı elm və təhsil müəssisələri ilə strateji əməkdaşlıqlara imza atıb

Bahar Muradova Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

Hesablama Palatası “Bakı Metropoliteni”ndə audit aparıb

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

Fransa xəstəxanalarında acınacaqlı vəziyyət: insanlar növbədə ölürlər

Almaniyada miqrantlar tərəfindən daha bir cinayət hadisəsi törədilib

Qaxda insan alverinə qarşı mübarizəyə həsr olunan dəyirmi masa keçirilib

Tbilisidə ictimai nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək

Nizami Kino Mərkəzində “Tağıyev” sənədli filminin təqdimatı olub

Çin Təkla-Məkan səhrasının yaşıllaşdırılması üzrə geniş layihəni başa çatdırıb

Baş nazir Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri Şəbəkəsinin “Təsir Hesabatı” dərc olunub

Pakistan Prezidenti: Dost və qardaş ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Hakan Fidan: Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır

Səfir: İnanıram ki, Azərbaycan-Belarus münasibətləri bundan sonra da inkişaf edəcək

Kreml Putinin Trampla danışıqlara hazır olduğunu bəyan edib

Fırıldaqçılar “Telegram”a maskalanmış “Mamont” virusu göndərirlər

ADAU ilə "Agro Dairy" arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilk dəfə konsept trenajorda yarış keçirəcək

“İnsan kapitalı və təhsil” üzrə işçi qrup ötən ilin yekunlarını müzakirə edib

İtaliya saytı Azərbaycandakı Alban-Udi xristian icmasından yazıb

® Sadhquru, Qari Duqlas, Aleksey Sitnikovdan dərs aldı, 3000-dən çox tələbə yetişdirdi

Azərbaycanın və Türkiyənin parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb

“Gənc psixometrik” təcrübə proqramına qeydiyyat elan edilib

Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək

“İRS” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb

DİN: 2024-cü ildə qanunsuz dövriyyədən 4714 kiloqram narkotik vasitə çıxarılıb

Hindistanda hərbi sursat zavodunda partlayış baş verib, azı səkkiz nəfər ölüb

Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

Ding Tao: Çin Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

® “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu

Nazir: Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 14 məsələyə baxılıb

Misli Premyer Liqası: “Zirə” səfərdə “Şamaxı”nı məğlub edib

Media: Trampın ilk təşəbbüsləri ABŞ hökumətinin fəaliyyətində xaos yaradıb

Prokurorluq Cənubi Koreya Prezidentinin həbs müddətinin uzadılmasını istəyir

Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən vətəndaşı xilas ediblər VİDEO

“ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

Ötən il qrup halında baş verən cinayətlərin sayında azalma qeydə alınıb

KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb

Tennis üzrə Avstraliya Açıq çempionatında finalçılar bəlli olub

ADPU-da “Cəfər Cabbarlı. Seçmə dram əsərləri” kitabı təqdim edilib

Türkiyənin sabiq səfiri İrəvanı Azərbaycanla dialoqda Tbilisidən nümunə götürməyə çağırıb

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

“Sərhədsiz ginekologiya” mövzusunda beynəlxalq konfrans keçirilir

Braziliyada keçiriləcək COP30 inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ehtiyaclarına həsr ediləcək

“Barselona” gənc müdafiəçisi ilə müqaviləni yeniləyib

Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib