İQTİSADİYYAT
Heydər Əliyev Beynəlxalq Aeroportunda quraşdırılan texnologiya regionda nadirdir VİDEO
Məqalədə deyilir ki, SITA şirkəti tərəfindən tətbiq olunan bu texnologiya dünya hava biznesinin 90 faizini əhatə edir və bir sıra yeniliklər gətirir. Bu texnologiya sərnişinlərə özünəxidmət imkanları yaradır və hava limanının məhsuldarlığını artırır. Hava limanlarında informasiya texnologiyaları və rabitə sisteminin sürətli fəaliyyətini təmin edir.
Yazıda “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun fikirlərinə yer verilib. O bildirib ki, son illərdə, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə ölkənin hava nəqliyyatı sənayesinin inkişafı üçün böyük investisiyalar yatırılıb. SITA sistemləri hava sənayesinin ən inkişaf etmiş texnologiyalarından sayılır. Bu sistemin ölkəmizə gətirilməsi sərnişinlərin rahatlığının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.
SITA-nın Avropa üzrə icraçı direktoru Deyv Baker layihənin regionda unikal olduğunu qeyd etmişdir.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://www.airport-world.com/news/general-news/4329-azerbaijan-s-main-hub-in-baku-has-sita-technology-installed.html
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London