İQTİSADİYYAT


Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan problemin aradan qaldırılması üçün lazımi addımlar atılır

Bakı, 10 avqust, AZƏRTAC

Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəyindən istifadə edilir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məluma görə, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.

Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.