CƏMİYYƏT


Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə dini abidələrin, məscidlərin bərpası üçün işlərə başlayıb

Bakı, 11 dekabr, AZƏRTAC

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən mütəxəssis qrupu işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələr, məscidlərin bərpasına dair layihəsi üzrə işlərə başlayıb.

AZƏRTAC xəbər verir ki, Avstriyanın “Atelier Erich Pummer GesmbH” şirkətinin rəhbəri, memar Erix Pummer Ağdam məscidində olub və məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə aparılıb.

Xatırladaq ki, Heydər Əliyev Fondu Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.