MƏDƏNİYYƏT


Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri üçün əyləncə proqramı təşkil edib

Bakı, 15 dekabr, AZƏRTAC

Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri üçün növbəti şənlik proqramı təşkil edib.

AZƏRTAC xəbər verir ki, Xətai rayonundakı idman-əyləncə park kompleksində təşkil olunan budəfəki əyləncə Yeni il bayramı ərəfəsinə təsadüf edib. Uşaqlar dostları ilə birlikdə parkda quraşdırılan Yeni il yolkası ətrafında, fayton, avtobus, qatar və digər attraksionlarda maraqlı gün keçiriblər, müxtəlif yarışlarda iştirak ediblər.

Parkda uşaqlar üçün musiqili proqram da təqdim olunub.

Tədbir çərçivəsində ərazidə “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzinin maarifləndirmə guşəsi yaradılıb. Burada uşaqlara “Toplan” Qayğı Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, itlərin şousu təqdim olunub.

Qeyd edək ki, idman-əyləncə park kompleksi istifadəyə verildiyi gündən şəhər sakinləri və qonaqların sevimli məkanına çevrilib. Park ərazisində asudə vaxtın səmərəli keçirilməsi məqsədilə müxtəlif əyləncə və idman qurğuları, modern incəsənət kompozisiyaları quraşdırılıb.

Yeni il ərəfəsində parkın bayram ab-havasında - rəngarəng bəzədilməsi isə şəhər sakinləri və qonaqlara istirahətlərini daha da maraqlı, yaddaqalan keçirməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.