MƏDƏNİYYƏT


Heydər Əliyev Fondu və “BP Azərbaycan” şirkətinin dəstəyi ilə hazırlanan film “BBC World News”da VİDEO

Bakı, 27 avqust, AZƏRTAC

Tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı Bettani Hyuzun (Bettany Hughes) Azərbaycanın tarixi və mədəni xəzinələri barədə filmi “BBC World News” telekanalında nümayişə başlayıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və “BP Azərbaycan” şirkətinin tərəfdaşlığı ilə hazırlanan film Böyük Britaniyanın “SandStone Global” prodakşn şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi çərçivəsində ərsəyə gəlib.

Müəllif əsrarəngiz filmlərindən biri - “Azərbaycan möcüzələri” ekran əsərinin araşdırmaları və çəkilişləri üçün iyun ayında Azərbaycana səfər etmişdi.

Qeyd edək ki, iki hissədən ibarət filmdə Bakı, Şuşa, Qobustan və Şəkinin əfsanəvi və heyranedici tarixi və mədəni irs xəzinələri araşdırılıb və təqdim olunub. “İpək Yolu” filmi Qobustan və Şəki, “Odlar Yurdu” adlı film isə Bakı və Şuşaya həsr olunub.

Filmin “Odlar Yurdu” adlı ikinci hissəsi avqustun 27-28-də “BBC World News” kanalında yayımlanacaq.

Filmin, eyni zamanda, Azərbaycan dilində versiyası hazırlanaraq təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.