MƏDƏNİYYƏT


Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq müsabiqədə

Paris, 19 iyun, AZƏRTAC

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mədəniyyətin inkişafına və təşviqinə böyük töhfələr verir. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin inkişafı, təbliği, mədəni abidələrin qorunmasına dair mühüm layihələrin müəllifidir. Layihəmizə göstərilən diqqətə görə Heydər Əliyev Fonduna, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm.

Bu fikri Parisdə “Radio France” radiostansiyasının əsas binasında Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin yarımfinalına dair mətbuat konfransında konkursun təsisçisi Marina Bouer bildirib.

Qeyd edib ki, bu il Heydər Əliyev Fondu tərəfindən müsabiqəyə təqdim olunan Fuad İbrahimovun namizədlik dosyesi yüksək qiymətləndirilib və o, yarımfinala yüksəlib. Ümid edirik, bu azərbaycanlı istedadlı dirijoru finalda görəcəyik.

“Radio France”ın əsas binasında Yevgeni Svetlanov IV Beynəlxalq dirijorlar müsabiqəsinin yarımfinalına həsr edilmiş mətbuat konfransında bildirilib ki, cari ildə müsabiqəyə 350 namizəd öz dosyesini təqdim edib. Onlardan 18 namizəd yarımfinala çıxıb. Azərbaycanlı Fuad İbrahimov da yarımfinalçılar arasındadır.

Qeyd edək ki, Yevgeni Svetlanov adına IV dirijorlar müsabiqəsi Parisdə “Radio France”, “France musique”, “L’orchestre philharmonique” və Heydər Əliyev Fondunun sponsorluğu ilə keçirilir. Cari ilin sentyabrında Parisdə müsabiqənin finalı və Moskvada Yevgeni Svetlanov festivalı keçiriləcək.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.