CƏMİYYƏT


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sabunçu rayonundakı 2 saylı doğum evində olub

Bakı, 5 mart, AZƏRTAC

Martın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 2 saylı doğum evində olub. Xatırladaq ki, bu doğum evi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1987-ci ildə istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva doğum evindəki palataları gəzdi, dünyaya yeni göz açan körpələrin və onların analarının səhhəti ilə maraqlandı, uşaqların sağlam böyümələrini arzuladı.

Heydər Əliyev Fondu tərəfindən yeni küvəzlərlə təmin olunan tibb müəssisəsi 120 çarpayıdan ibarətdir. Doğum evində bundan əvvəl olan küvəzlər müasir standartlara cavab vermirdi.

Leyla Əliyevaya bu xüsusi aparatda saxlanılan tənəffüs və digər problemlə anadan olan uşaqların müalicəsi barədə məlumat verildi. Yeni küvəzlərdə ana və körpədə qan qrupları və rezus üzrə uyğunsuzluq xəstəliyi, tənəffüs, az çəki problemi olan, vaxtından əvvəl dünyaya gələn və intensiv terapiyaya ehtiyacı olan uşaqların müalicəsi aparılır. Hazırda 2 saylı doğum evində yeni doğulan 70-dən çox körpədən 3-ü küvəzdə saxlanılır. Həkimlər bu körpələrin vəziyyətinin sabitləşdiyini, müsbət dinamikanın müşahidə edildiyini bildirdilər.

Tibb müəssisəsində 398 işçi çalışır.

Heydər Əliyev Fondunun vitse-prezidenti doğum evinin əməkdaşları ilə şəkil çəkdirdi, onlara işlərində uğurlar arzuladı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.