SİYASƏT


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanın dünyada tanıdılması istiqamətindəki fəaliyyəti ölkə gənclərinin bu işə qoşulmasına səbəb olmuşdur

Bakı, 30 dekabr (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanın dünyada tanıdılması istiqamətindəki fəaliyyəti ölkə gənclərinin bu işə fəal qoşulmasına səbəb olmuşdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 30-da Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə demişdir.

N.İbrahimov bildirmişdir ki, 31 dekabr bütün dünya azərbaycanlıları üçün mühüm əhəmiyyətli gündür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.

Sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrdə yüksək inkişafı təmin etmişdir. Dövlətimizin başçısının rəhbərliyi altında respublikamızın regionda lider ölkəyə çevrilmiş, dünyada mövqeyini möhkəmləndirmişdir. Bütün bunlar dünya azərbaycanlılarını Vətənimiz ətrafında daha da sıx birləşərək Azərbaycanın səsini dünyada ucaltmağa sövq edir.

Prezident İlham Əliyevin diaspor sahəsinə göstərilən böyük diqqətini xüsusi qeyd edən komitə sədri vurğulamışdır ki, gələn ildə də Azərbaycan diasporunun qarşında mühüm vəzifələr qoyulmuşdur. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bundan sonra da daha əzmlə çalışmalıyıq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.