HEYDƏR ƏLİYEV - 100


“Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Parkda konsert proqramı təşkil olunub FOTO

Bakı, 5 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmiş və bununla bağlı zəngin və çoxşaxəli tədbirlərin, o cümlədən Heydər Əliyev irsinin öyrənilməsi və gənc nəslə aşılanması məqsədilə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planı hazırlanarkən də sağlam gəncliyin inkişafı, “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin irsinin və əbədiyaşar ideyalarının gənc nəslə aşılanması vəzifələri önə çəkilmiş, bu məqsədlə bir sıra idman növü üzrə yarışların, mədəni-kütləvi konsert proqramlarının təşkili nəzərdə tutulub.

AZƏRTAC Yeni Azərbaycan Partiyasının saytına istinadla xəbər verir ki, Tədbirlər Planına uyğun olaraq, fevralın 5-də yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ olunması, sağlam və narkomaniyadan uzaq gəncliyin formalaşmasına töhfə verilməsi üçün Dənizkənarı Milli Parkda konsert proqramı keçirilib. Konsert proqramında tanınmış gənc ifaçılar çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.