HEYDƏR ƏLİYEV - 100


“Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın təşkil etdiyi ağacəkmə aksiyasında rəmzi olaraq 1923 ağac əkilib

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, SOCAR tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub.

Baş ofisin ərazisində keçirilən ağacəkmə aksiyasında SOCAR-ın prezidenti Rövşən Nəcəf, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və “SOCAR Könüllüləri” qrupunun üzvləri tərəfindən simvolik olaraq üç ağac əkilib.

SOCAR-ın vitse-prezidentlərinin və SOCAR prezidentinin müşavirlərinin də iştirakı ilə aksiya eyni gündə SOCAR-ın 20-dən çox müəssisə və təşkilatının ərazisində təşkil olunub və rəmzi olaraq, ümumilikdə, 1923 ağac əkilib.

Tədbir çərçivəsində aksiyanın keçirildiyi ərazilərdə müvafiq abadlıq işləri də aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.