“Heydər Əliyev İli” çərçivəsində növbəti tələbə elmi konfransı keçirilib
AzerTAg.az

Bakı, 17 mart, AZƏRTAC
Mingəçevir Dövlət Universitetin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası” mövzusunda elmi konfrans keçirilib. Konfransda İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında fakültənin dekanı Nüşabə Qədimli çıxış edərək, dünyaşöhrətli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin bütün ömrünü Azərbaycana və onun parlaq gələcəyinə həsr etdiyini deyib. N.Qədimli tələbə gənclərin Ulu Öndərin zəngin irsinin öyrənilməsinə böyük maraq göstərmələrini təqdirəlayiq hal kimi qiymətləndirib və konfransın işinə uğurlar arzulayıb.
Sonra tələbələrin məruzələri dinlənilib. İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Rüstəm Əliyev və Qönçələr Şükürovanın “Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və konsepsiyası”, Namiq Qədimli və Cəmilə İsmayılovanın “Heydər Əliyev Azərbaycanın iqtisadi sisteminin qurucusudur”, Elbrus Quluzadənin “Müasir Azərbaycanın qurucusu: Heydər Əliyev”, Babək Mirzəliyevin “Sosial siyasətin Azərbaycan modeli” və Dağlar Babayevin “Azərbaycan sənayesinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxışları dinlənilib.
Daha sonra məruzələr təqdim olunub.
Konfransın yekununda çıxış edən MDU-nun Elm və innovasiyalar şöbəsini müdiri Vüqar Mustafayev və TEC-in sədri Günəş Şəfaqətov tələbələrin məruzələrini müsbət dəyərləndirib və müvafiq tövsiyələrini bildiriblər.
Xəbərin mətnində orfoqrafik səhv var