MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzində tezliklə “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi açılacaq

Bakı, 22 iyul, AZƏRTAC

Heydər Əliyev Mərkəzində tezliklə “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, hazırda sərgi üzərində son tamamlama işləri gedir və yeni mövsümdən daha bir unikal layihə izləyicilərin ixtiyarına veriləcək.

Ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunacaq.

Əsrlər boyu bir-birinə qonşu olan ölkələrdə vahid mədəni məkan yaranıb və qarşılıqlı əlaqələr nəticəsində bir çox oxşar musiqi alətləri meydana gəlib. Tədricən bu musiqi alətləri dünyanın müxtəlif yerlərinə yayılıb. Bununla yanaşı, ayrı-ayrı ölkələrdə yalnız onlara aid olan milli musiqi alətləri də mövcuddur.

Sərgidə təqdim edilən eksponatlar Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid olub, musiqi alətləri arasında həm oxşarlığı, həm də fərqliliyi təcəssüm etdirəcək. Ekspozisiya birlik və müxtəliflik prinsipinə əsaslanaraq bölmələrə ayrılıb.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar da quraşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.