MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzinin parkında konsert təşkil edilib

Bakı, 11 may, AZƏRTAC

Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsert proqramında Əməkdar artist Natiq Şirinovun “Natiq” ritm qrupu, “Rast” qrupu, Xalq artistləri Manana Caparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış ifaçılar Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və Mir Camal çıxış ediblər. Konsertdə Rusiyanın “S-BROTHER-S” DJ layihəsi tamaşaçılara maraqlı, çılğın anlar bəxş edib.

Estrada ulduzlarının səsləndirdikləri mahnı və kompozisiyalar alqışlarla qarşılanıb.

Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun 15 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.