İDMAN
Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri olub
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 2-də Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə əvvəlcədən qeydiyyatdan keçməklə 110 nəfər iştirak edib.
İştirakçılar əvvəlcə məşq edib, onlara oyunun təməl bilikləri – topla davranış, kiçik pas texnikası və s. tövsiyələr verilib.
Futbol həvəskarları 3 yaş qrupu üzrə (5-7 yaş, 8-10 yaş, 11-14 yaş) komandalara bölünüb və 22 komanda arasında yarış olub.
Yarışa “Leon” uşaq futbol klubunun UEFA “B” lisenziyalı məşqçiləri nəzarət edib. Oyunlar zamanı fərqlənən 6 iştirakçıya “Leon” futbol klubuna 1 aylıq üzvlük kartı hədiyyə olunub.