MƏDƏNİYYƏT


Heydər Əliyev Sarayı ilə Mariinski Teatrın Primorsk səhnəsi arasında əməkdaşlıq müzakirə olunub

Bakı, 13 aprel, AZƏRTAC

Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov və Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrın Primorsk səhnəsinin baş baletmeystri Eldar Əliyev arasında videokonfrans formatında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov Azərbaycanın tarixi səhnəsi olan sarayın və Mariinski Teatrın Primorsk səhnəsi arasında olan əlaqələrin inkişaf etdirilməsinə və daha da möhkəmləndirilməsinə dair fikirlərini söyləyib. Pandemiya dövründən sonra Heydər Əliyev Sarayı və Mariinski Teatrın Primorsk səhnəsi ilə qarşılıqlı əməkdaşlığın mühüm olduğunu vurğulayıb. O, cari ildə Mariinski Teatrın Primorsk səhnəsinin truppasını Azərbaycana qastrol səfəri etməsini məqsədəuyğun olduğunu bildirib.

Mariinski Teatrın Primorsk səhnəsinin baş baletmeystri Eldar Əliyev öz növbəsində tanışlığa görə məmnunluğunu ifadə edib və Heydər Əliyev Sarayının səhnəsi ilə bağlı olan xatirələrini bölüşüb. Görüş ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.