MƏDƏNİYYƏT


Heydər Əliyev Sarayında Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd ediləcək

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin 125 illik yubileyi qeyd ediləcək.

Saraydan AZƏRTAC-a bildirilib ki, yubiley gecəsində aşıq poeziyasının ən tanınmış və məşhur simaları iştirak edəcəklər. Aşıqların ifasında ustad sənətkarın əsərləri səsləndiriləcək.

Qeyd edək ki, ustad sənətkar bənzərsiz ifası, şirin avazı, özünəməxsus çalğısı və qələmə aldığı gözəl sənət nümunələri ilə Azərbaycan aşıq yaradıcılığında mühüm yer tutub və aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsinə böyük əmək sərf edib.

Tədbirin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.