MƏDƏNİYYƏT


Heydər Əliyev Sarayında “Min bir gecə” baleti nümayiş olunacaq

Bakı, 15 mart, AZƏRTAC

Aprelin 11-də və 12-də Heydər Əliyev Sarayında Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda “Min bir gecə” baleti nümayiş ediləcək.

Saraydan AZƏRTAC-a bildirilib ki, Azərbaycan və Rusiyanın Mədəniyyət nazirliklərinin, Rusiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilati dəstəyi ilə səhnələşdirilən baletin musiqisi dahi bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Əmirova, səhnə tərtibatı dünyaca məşhur görkəmli rəssam, SSRİ-nin Xalq rəssamı Tahir Salahova məxsusdur.

İkipərdəli baletdə “Kreml baleti” teatrının solistləri Əməkdar artistlər və bir çox beynəlxalq müsabiqələr laureatları iştirak edəcəklər. Uzun illərdir dünya teatrlarının səhnəsində böyük uğurla nümayiş etdirilən baletin xoreoqraf-quruluşçusu teatrın bədii rəhbəri Rusiyanın Xalq artisti Andrey Petrov, geyimlər üzrə rəssamı Olqa Polyanskayadır.

Qeyd edək ki, Andrey Petrovun 1990-cı ildə yaratdığı bu kollektivdə Rusiya baletinin bir çox istedadlı və tanınmış sənətçiləri, müxtəlif beynəlxalq müsabiqə və festivalların laureatları, balet ulduzları çalışırlar.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.