MƏDƏNİYYƏT


Heydər Əliyev Sarayında bayram konserti

Bakı, 19 oktyabr, AZƏRTAC

Heydər Əliyev Sarayında “Musiqi dünyamız” adlı bayram konserti təşkil edilib.

AZƏRTAC xəbər verir ki, 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə təqdim edilən konsertdə respublikanın tanınmış musiqiçilərinin bir-birindən maraqlı ifaları dinlənilib.

Xalq artistləri Aftandil İsrafilov, Faiq Ağayev, Əməkdar artistlər Elza Seyidcahan, Sevinc Sarıyeva, Səlim Abbasov (skripka), Nuriyyə Hüseynova, Rəşad İlyasov, Cavanşir Məmmədov, Firuzə İbadova, Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman, populyar müğənnilər Günay İbrahimli, Emil Bədəlov, Vüqar Əbdülov (meyxana), Əlikram Bayramov, Günay İmamverdiyeva, Rüfət Axundov, Bahar Lətifqızı, İlqar Sail və başqalarının çıxış etdiyi konsert proqramı maraqla qarışlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.