MƏDƏNİYYƏT
Heydər Əliyev Sarayında xeyriyyə konserti keçiriləcək
Bakı, 11 noyabr, AZƏRTAC
Dekabrın 1-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş xeyriyyə konserti keçiriləcək. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşacaq “Biz bir ailəyik” adlı konsertin hazırlanmasında məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə fiziki qüsurlu istedadlı ifaçıların və “Hağışta” folklor qrupunun çıxışları dinləniləcək. Müğənniləri səhnədə fiziki qüsurlulardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Xeyriyyə konsertindən əldə olunan gəlirin bir hissəsi uşaq evlərinə veriləcək. Konsertin biletlərini şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]