“Heydər Əliyev – 100” adlı ağacəkmə kampaniyası məktəblərdə davam edir
AzerTAg.az
Bakı, 13 mart, AZƏRTAC
Elm və Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar start verilən “Heydər Əliyev – 100” adlı ağacəkmə kampaniyası Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində metodik dəstək göstərilən məktəblərdə də davam etdirilir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, institutun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları, 35, 38, 154 və 227 nömrəli tam orta məktəblərin pedaqoji heyəti və şagirdlərinin iştirakı ilə ağacəkmə mərasimi keçirilib. Kampaniya çərçivəsində adıçəkilən ümumi təhsil müəssisələrinin həyətində 100 ağac əkilib.
Qeyd edək ki, sözügedən kampaniya çərçivəsində ölkə üzrə ümumilikdə 100 min ağacın əkilməsi nəzərdə tutulur.



Xəbərin mətnində orfoqrafik səhv var