Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Heydər Əliyev – Dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib VİDEO

Bakı, 3 may, Elvin Mövsümov, AZƏRTAC

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Heydər Əliyev Mərkəzinin, Təhsil, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə mayın 3-də “Heydər Əliyev - dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən ümumrespublika konfransının məqsədi Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyin qorunmasına əvəzsiz töhfələr vermiş ümummilli lider Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunəsinin və peşəkarlıq irsinin öyrənilməsidir. Bundan başqa, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin və təhlükəsizliyinin qorunması və gücləndirilməsi işində əbədi mayak olan Heydər Əliyev ideallarının gənc nəsil tərəfindən mənimsənilməsidir.

Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət QULİYEV konfransda çıxış edərək bildirib ki, müasir tarixin parlaq şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü xalqımız tərəfindən geniş qeyd edilir. Dövlət müstəqilliyi uğrunda şərəfli mübarizədə müstəsna rolu olan ümummilli lider Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində silinməz iz buraxıb, gələcək nəsillər üçün böyük məktəb yaradıb. Ulu Öndər nümunəvi ömrünün və çoxşaxəli həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr edib. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xüsusi xidmət orqanlarının inkişafını daim diqqət mərkəzində saxlayıb, dövrün ağır şərtlərinə baxmayaraq, bu orqanın formalaşmasına böyük əmək sərf edib.

“Təhlükəsizlik orqanlarının tarixi Vətən tarixinin bir parçası olduğundan həmin qurumlarda xidmət edən şəxslər də o dövrün çətinliklərini öz həyatlarında yaşayıblar”, - deyən DTX rəisi sovet dönəmində Azərbaycanın təhlükəsizlik orqanlarının mərkəzin sifarişini həyata keçirdiklərini vurğulayaraq qeyd edib: “Azərbaycan təhlükəsizlik orqanlarında parlaq zəkası, güclü iradəsi və yüksək peşəkarlığı ilə seçilən, ölkəsini ürəkdən sevən və fədakar xidməti ilə hər bir azərbaycanlıya örnək olan Heydər Əliyev kimi şəxsiyyət də çalışıb. Əməliyyat müvəkkilindən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək, leytenant rütbəsindən generaladək yüksəlmiş Heydər Əliyevin bu orqanlardakı fəaliyyətini yalnız peşəkar kimi xarakterizə etmək doğru olmazdı. Heydər Əliyev qətiyyəti və cəsarəti sayəsində respublikanın təhlükəsizlik orqanında tədricən milliləşdirmə siyasətini həyata keçirib, gələcək azad Azərbaycan üçün bacarıqlı kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Ulu öndər Heydər Əliyev 1950-ci illərdən etibarən təhlükəsizlik orqanlarında milliləşmə siyasəti apararaq milli kadrların yetişdirilməsi və yerləşdirilməsi işinə başlayıb”.

Xidmət rəisi diqqətə çatdırıb ki, vaxtilə Azərbaycanın mənəvi dəyərləri ilə yanaşı, tarixi şəxsiyyətlərini də məhv edən qüvvələr Heydər Əliyevin bu cəsarətli addımlarına qarşı çıxıblar. Lakin təzyiqlərdən sarsılmayan Ulu Öndər sonradan Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksələndə milliləşdirmə siyasətini daha geniş vüsətlə davam etdirib. Dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti dövründə Heydər Əliyev çoxsaylı ziyalı və ictimai xadimləri milli ideyalara görə həbsdən, təqib və təzyiqlərdən xilas edib. İstər respublikaya rəhbərlik etdiyi dövrdə, istərsə də Moskvada işlədiyi vaxtlarda Ümummilli Lider gələcək müstəqil Azərbaycanın iqtisadi, elmi, texniki və hərbi potensialının formalaşdırılmasına böyük diqqət yetirib.

General-leytenant Mədət Quliyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövr struktur dəyişiklikləri və iş keyfiyyətinin yüksəldilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının formalaşdırılması ilə yaddaşlara həkk olunub. Ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında peşəkar fəaliyyəti, onun əsasını qoyduğu milliləşmə siyasəti bu gün də xüsusi xidmət orqanlarında ətraflı öyrənilir və tətbiq edilir.

Bildirilib ki, Ulu Öndər sovet Azərbaycanına rəhbərliyə başladıqdan sonra əsasını təhlükəsizlik orqanlarında qoyduğu milliləşdirmə siyasətini təkcə azərbaycanlı kadrların irəli çəkilməsi ilə məhdudlaşdırmayıb. Dahi şəxsiyyət torpaqlarımızın Ermənistana verilməsinin qarşısının alınması, rəsmi tədbirlərdə Azərbaycan dilinin istifadəsinə şərait yaradılması, ziyalıların və gənclərin himayə edilməsi kimi mühüm məsələlərdə də xalqımızın maraqlarını qətiyyətlə müdafiə edib.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdiyini deyən Mədət Quliyev bu gün gənclərin Heydər Əliyev irsinə sadiqliyini təqdirəlayiq hal kimi xüsusi vurğulayaraq deyib: “Ulu Öndərin hər kəsə örnək olan həyatının 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyəti yüksək intizamlı hərbi qulluqçu, xalqına sədaqətli təhlükəsizlik zabiti, əsl dövlət məmuru etalonudur. Müstəqilliyimizin və gələcəyimizin etibarlı təminatı naminə ulu öndər Heydər Əliyevə xas olan bu yüksək mənəvi və işgüzar keyfiyyətlər gənclərə aşılanmalı, onlar bu ruhda tərbiyə olunmalıdırlar. Bu baxımdan konfrans Heydər Əliyevin öz zəkası və fenomenal istedadı hesabına nail olduğu mövqelərdən və imkanlardan xalqına sədaqətlə xidmət üçün istifadə etməsinə dair tarixi faktları diqqətə çatdırmaqla gənclərdə dövlətçilik hisslərini gücləndirmək məqsədini daşıyır”.

Konfrans iştirakçılarını salamlayan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV çıxış edərək deyib:

- Bu gün doğum gününü qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev artıq 14 ildir ki, aramızda yoxdur. Lakin onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, Ulu Öndərin şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.

Ümummilli Lider öz gərgin və mənalı siyasi həyatı boyunca bir çox ilklərə imza atmışdır. Təbii ki, bu ilklərin ən əsası təməlini qoyduğu, qurucusu olduğu müstəqil dövlətimizdir. Azərbaycan dövlət müstəqilliyini rəsmən 1991-ci ilin oktyabrında bərpa etsə də, əslində bu müstəqilliyə gedən yolun təməli ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1970-ci illərdə qoyulmuşdu. Məhz o illərdə Azərbaycan dotasiya ilə yaşayan müttəfiq respublikadan özünü tam təmin edə bilən qabaqcıl respublikaya çevrilmiş, ölkənin iqtisadi suverenliyinə zəmin yaradılmış, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi həyata keçirilmiş, dənizdə neft hasilatı genişləndirilmiş, müasir elektron cihazlar, soyuducular, kondisionerlər istehsalı, eyni zamanda, iri xalçaçılıq, alüminium kombinatları istifadəyə verilmiş, elektrik enerjisinin yeni istehsal gücləri yaradılmışdır. Ölkə ərazisində çoxlu sayda neftayrıma, kimya sənayesi, pambıqtəmizləmə, şərab emalı zavodları istifadəyə verilmiş və beləliklə, Azərbaycan metropoliyanın xammal əlavəsi olmaqdan qurtularaq xammaldan son məhsul buraxılışınadək bütöv istehsal zəncirinə malik respublikaya çevrilmişdir. Müxtəlif bölgələrdə inşa edilmiş yeni hava limanları, nəqliyyat qovşaqları bu gün də xalqımıza xidmət edir. Azərbaycanın region və dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməsində o illərdə qurulmuş nəqliyyat şəbəkəsinin də rolu var.

Ümummilli Liderin sovet dövründə ən böyük təşəbbüslərindən biri dövlət aparatının milliləşdirilməsi, Azərbaycanın yeni idarəçi kadrlarının, eyni zamanda, elm, mədəniyyət və ədəbiyyat xadimlərinin bütöv bir nəslinin yetişməsi, himayə edilməsi olmuşdur. 1970-1980-ci illərdə Azərbaycanda ali məktəblərin, onların fakültə və ixtisaslarının sayı artmış, eləcə də Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə gənc Rusiya və Ukraynanın ali məktəblərində təhsil almağa göndərilmişdir. Məhz Heydər Əliyevin respublikanı idarə etdiyi 1970-1980-ci illərdə azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə xüsusi diqqət ayrılmış, Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə sovet ordusu sıralarında azərbaycanlı zabitlərin çəkisi artmışdır ki, həmin zabitlər sonradan milli ordu quruculuğunda mühüm rol oynamışlar.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosuna üzv seçildikdən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunduqdan sonrakı dövrdə Heydər Əliyev fenomeni ümumittifaq miqyasında etiraf olundu. O, həmin dövrdə ən ağır, böyük təcrübə, peşəkarlıq və xüsusi istedad tələb edən sahələrin inkişafına əhəmiyyətli töhfələr verməklə əsl rəhbər xüsusiyyətlərini nümayiş etdirdi. Bununla yanaşı, qəlbi Azərbaycanla, Vətənlə döyünən Heydər Əliyev həm də öz xalqına bağlılıq, onun maraqlarına xidmət nümunəsini yaratdı. SSRİ rəhbərliyində təmsil olunduğu 1982-1987-ci illərdə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan ardıcıl inkişafını davam etdirdi, respublikanın sosial-iqtisadi həyatı yeni nəfəs aldı, təhsil, səhiyyə və digər sahələrdə ciddi irəliləyiş müşahidə olundu, milli kadr potensialının formalaşdırılması məsələsinə xüsusi önəm verildi. Heydər Əliyevin Vətənə və xalqına xidmət nümunəsi bu gün hər birimiz, xüsusilə gənc nəsil üçün əsl nümunə hesab olunur.

Ümummilli Lider həm də Azərbaycanda əsl vətəndaşlıq, əsl siyasətçi, əsl dövlət xadimi nümunələrini bizə miras qoymuşdur. Onun xarizmatik liderliyi, möhkəm iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı, dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə - 1990-cı illərin əvvəllərində daha qabarıq tərzdə üzə çıxmışdır. Xalqımızın ciddi və taleyüklü problemlər qarşısında dayandığı həmin dövrdə Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin, milli birliyinin qorunub saxlanılmasında misilsiz tarixi xidmətlər göstərmiş, xalqı məhv olmaq təhlükəsindən xilas etmək missiyasını həyata keçirmişdir.

Ümummilli Liderin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də odur ki, siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmuş, əvvəllər çar “oxranka”sının, daha sonralar isə 1920-1930-cu illər sovet FK və NKVD-sinin azərbaycanlıların yaddaşında həkk etdirdiyi antimilli cəza aparatı obrazını tədricən, praktiki addımlarla dağıdaraq təhlükəsizlik orqanlarını xalqı, milləti qoruyan və onun öz nümayəndələrindən təşəkkül tapan bir sistemə çevirmiş, əsl milli təhlükəsizlik sistemi nümunəsi yaratmışdır. Heydər Əliyev Azərbaycan təhlükəsizlik idarəsinə rəhbər gələrkən burada çalışanlar arasında titul xalqın nümayəndələrinin - azərbaycanlıların sayı bir əlin barmaqları ilə sayıla biləcək qədər az idi. Biz əlbəttə ki, bu sistemdə çalışmış və Azərbaycana xidmət etmiş qeyri-azərbaycanlı kadrların əməyini inkar etmirik, əksinə, onların xidmətləri qarşısında öz minnətdarlıq borcumuzu ifadə edirik. Lakin sirr deyil ki, təhlükəsizlik sisteminin ictimai şüurda mənfi, azərbaycanlılara qarşı repressiya aparatı obrazının yaranması tələffüzü belə çətin familiya daşıyıcılarının 1930-1940-cı illərdəki fəaliyyətinin nəticəsi idi.

Heydər Əliyevin gəlişi ilə təhlükəsizlik sistemi milliləşdi, savadlı, peşəkar milli kadrlar irəli çəkildi, təhlükəsizlik xidməti milləti təhlükələrdən qoruyan, xalqın yetişməkdə olan milli-mədəni elitasını himayə edən bir orqan oldu. Heydər Əliyevin təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi 1960-cı illərdə və respublikaya rəhbərlik etdiyi 1970-80-ci illərdə milli azadlıq mübarizəsinin müjdəçisi sayılan elmi və bədii əsərlər yazılmış, çap edilmiş, filmlər çəkilmişdir. Lakin bu əsərlərin müəllifləri digər sovet respublikalarındakı həmkarlarından fərqli olaraq dissident kimi təqib olunmamış və ya sürgün edilməmişlər. Əksinə, onların yaradıcılığı təbliğ edilmiş, respublikanın və Sovet İttifaqının ali mükafatlarına təqdim olunmuşdur. Bu gün qəribə görünsə də, “samizdat” yolu ilə çap olunan ədiblərin, gizli səsyazma studiyalarında əsərlərini çoxaldan bəstəkarların, rəsmi sovet diktovkalarını aşan alimlərin sonradan ali mükafatlar alması, yaradıcı qurumlarda, tədqiqat, təhsil müəssisələrində və ya digər sahələrdə irəli çəkilməsi o zaman tez-tez rast gəlinən hal idi. Beləliklə, təhlükəsizlik orqanları müstəqilliyimizin qazanılıb qorunmasında töhfələri olan şəxslərin - milli mədəni-siyasi elitanın formalaşdırılıb qorunmasında, onların fəaliyyətinin məqsədəmüvafiq məcraya yönəlməsində müstəsna rol oynamışdır. Bu, ilk növbədə Heydər Əliyevin bir zamanlar cəza aparatı kimi tanınan sistemin milli maraqlara uyğun transformasiyası naminə titanik əməyinin nəticəsidir.

Bu gün onu da qeyd etməyə məcburam ki, bir neçə il bundan qabaq sizin sıralarınızda olmuş bəzi “generallar” Ümummilli Liderin bu gözəl ənənəsini və nümunəsini yaşatmaq, davam etdirmək əvəzinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış antiazərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdular. Bilirsinizmi bu, niyə belə oldu? Çünki belələrinin qəlbində Ümummilli Liderə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki, onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmaq üçün yetərli deyildi. Heydər Əliyev fəhlə ailəsində doğulub SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlıydı. Amma Azərbaycanın təhlükəsizlik sistemini gözdən salan sizin bəzi keçmiş sələfləriniz ziyalı ailələrində dünyaya gəlsələrsə də, nə peşəkar çekistə çevrilə, nə də milli ziyalıların sırasına qoşula bilmədilər.

Buradakı digər çıxışlarda Ümummilli Liderin həyata keçirdiyi əməliyyatlar, kadr hazırlığı, təhlükəsizlik orqanlarının hüquqi bazasının yaradılması sahəsində xidmətləri haqda geniş bəhs ediləcək. Mən bu təfərrüatlara varmadan qısaca olaraq xatırlatmaq istərdim ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşmış, bu qurumların texniki təchizatının təmin edilməsi, sovet dövründə formalaşmış peşəkar kadrların qorunması ilə yanaşı, həm də yeni gənc personalın yetişdirilməsi məsələsi də daim onun diqqət mərkəzində olmuşdur. Qeyd edildiyi kimi, Ümummilli Liderin Fərmanı ilə 1998-ci ildə Milli Təhlükəsizlik Akademiyası təsis edilmişdir.

Ümummilli Liderin yürütdüyü siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra yeni tələblərə uyğun şəkildə və müvəffəqiyyətlə davam etdirilmişdir. Dövlətimizin başçısının göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanaraq qəbul edilmişdir. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədilə hazırlanmışdır və təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına cavab verəcək səviyyədə inkişaf etdirilməsini nəzərdə tutmuşdur. Bu istiqamətdə lazımi hüquqi baza yaradılmış, texniki təchizat və kadr hazırlığı işi yeni tələblərə uyğun qurulmuşdur. Təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatlar aparılması və personalın sağlamlaşdırılması da xüsusi olaraq ölkə rəhbərliyinin diqqətindədir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarixdə heç vaxt Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmamışdır.

Ölkəmiz özünün inkişaf strategiyasının yeni mərhələsinə - postneft dövrünə daxil olmuşdur. İndi Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatların əsas hədəfi çevik, operativ və effektli idarəçilik sistemi yaradaraq, mövcud daxili imkanlardan daha səmərəli və hərtərəfli istifadə etməklə respublikanın sosial-iqtisadi inkişafını davam etdirmək, Azərbaycanın dünya birliyində tutduğu öncül mövqelərini daha da möhkəmləndirmək və əhalinin artan maddi-mənəvi tələbatını gələcəkdə də dolğun şəkildə təmin etməkdən ibarətdir. Bu hədəflərə çatmaq üçün xalq-iqtidar birliyinin, sosial və siyasi sabitliyin qorunması çox vacib vəzifələrdəndir və əlbəttə ki, həmin vəzifələrin icrasında təhlükəsizlik xidməti əməkdaşlarının da xüsusi rolu var. Əminik ki, Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövlətçiliyinin qorunması və yeni hədəflərə doğru uğurlu inkişafı naminə milli təhlükəsizlik xidməti öz vəzifə və öhdəliklərini bundan sonra da layiqincə yerinə yetirəcək. Bu yolda hamınıza uğurlar arzulayıram.

“Azərbaycan Xüsusi Xidmət Veteranları” İctimai Birliyinin sədri Şamil SÜLEYMANOV dövlət təhlükəsizlik sistemində çalışdığı illərdə ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb, dahi şəxsiyyətin rəhbərliyi altında peşəkar kadr kimi formalaşdığını diqqətə çatdırıb. Dövlət təhlükəsizlik orqanlarının veteranı çıxışında ümummilli lider Heydər Əliyevin sovet dövründə azərbaycanlıları təzyiqlərdən, təhlükələrdən qorumasına dair bir sıra mühüm faktları konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında milliləşdirmə siyasətinin, bu sistemə göstərilən diqqət və qayğının Azərbaycan dövləti tərəfindən bu gün də davam etdirildiyini vurğulayan Ş.Süleymanov buna görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra namizədlikləri təmsil etdikləri şəhər və rayonların yerli icra strukturları, digər dövlət orqanları tərəfindən irəli sürülən 11 gənc məruzələrlə çıxış ediblər.

Çıxışlardan sonra konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Daha sonra maraqlı konsert proqramı təqdim olunub.

Konfransın təşkilatçılarının nümayəndələrindən, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun məsul əməkdaşlarından və təhlükəsizlik orqanları veteranlarından ibarət münsiflər heyəti tərəfindən ən yaxşı məruzəçi müəyyən edilib.

Bütün məruzələri diqqətlə təhlil edərək qiymətləndirmə aparan münsiflər heyətinin qərarına əsasən, 11 məruzəçinin hər biri sertifikat və pul mükafatları ilə təltif olunublar. Birinci, ikinci və üçüncü yerlərin qaliblərinə əlavə olaraq diplomlar təqdim edilib.

Sonda konfrans iştirakçıları DTX-nin Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların və yeniyetmələrin rəsm işləri ilə tanış olublar.

Salondakı böyük monitorda ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısını əks etdirən videogörüntülər nümayiş etdirilib.

“Heydər Əliyev – Dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanın Cinayət Məcəlləsinə yeni əlavələr ediləcək

Qazaxıstanda şaxtanın çökməsi ilə bağlı xüsusi komissiya yaradılıb

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib

Niderlandda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert olub

İspaniya La Liqasında XXIV turun son oyunu keçirilib

ABŞ-a məxsus sərnişin təyyarəsi Torontoda qəzaya uğrayıb

“HaberGlobal” telekanalı: Azərbaycan və Türkiyə liderləri təxribatlara qarşı uğurlu mübarizə aparırlar

Avrozonanın xarici ticarət balansında profisit yaranıb

ABŞ-nin Kentukki ştatında fırtınadan ölənlərin sayı 11-ə çatıb

"Qalatasaray" derbi qabağı çətin qələbə qazanıb

Qazaxıstanda mədəndə yeddi nəfər dağıntılar altında qalıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycanla Özbəkistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Yol xəritəsi imzalanıb

Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur

OANA-nın növbəti Baş Assambleyasının keçiriləcəyi yer və tarix məlum olub

Misli Premyer Liqası: “Səbail” - “Sabah” oyununda qapılara qol vurulmayıb

Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib

BDU ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti əməkdaşlıq edəcək

Rusiya və ABŞ nümayəndələri əməkdaşlıq, Ukraynada vəziyyət və prezidentlərin görüşü məsələlərini müzakirə edəcəklər

Omanın Şura Məclisinin sədri: Asiya Parlament Assambleyasının Bakı sessiyası təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcək

Almaniya şəhərləri artan xərclər və zəif iqtisadiyyat səbəbindən çətinliklərlə üzləşib ARAŞDIRMA

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib VİDEO

Ukrayna Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib

Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub

47 dövlət qurumu nəticəəsaslı büdcə mexanizminin tətbiqi potensialının gücləndirilməsi təlimlərinə cəlb edilib

Ötən il Azərbaycanda 50 minə yaxın cütlük nikaha daxil olub

Qazaxıstan və Macarıstan “Dostluq” boru kəməri ilə neftin sınaq nəqlinə dair razılığa gəlib

AMEA-da Qazaxıstan parlamentinin deputatları ilə görüş olub

Ötən il Azərbaycanda 100 mindən çox körpə doğulub

ADPU-da magistrantların təcrübə prosesinə start verilib

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır

Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib

Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb

® “Azercell” qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

Azərbaycanda əhalinin sayı açıqlanıb

Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb

Beynəlxalq İnformatika Olimpiadasının və SASMO-nun prezidentləri MEK-lə tanış olublar

Şair-qəzəlxan Əliağa Vahidin 130 illiyi qeyd olunub

Ədəbiyyat Muzeyində Beynəlxalq Ana Dili Gününə həsr olunan ədəbi-musiqili tədbir keçirilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar

Premyer Liqa: “Kəpəz” – “Şamaxı” matçında heç-heçə qeydə alınıb

ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Xocavənd sakini: Qaradağlı faciəsi qurbanlarının qisası alınıb

Probasiya məmurları üçün silsilə təlimlərə başlanılıb

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib

Kiyev və Əbu-Dabi ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasını müzakirə ediblər

Paytaxtın dörd rayonunda təbiətə 131 min manatdan çox ziyan vurulub

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb

UNEC ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında memorandum imzalanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AMEA-da sinqapurlu alimlərlə görüş olub

Məktəb psixoloqları da sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır - ekspert

Donald Trampın qələbəsi Macarıstanda iqtisadçıları ruhlandırıb

Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirdə gümüş medal qazanıb

A.M.Qasımovun Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan yığmasının yeni baş məşqçisi: Hədəfimiz qadın boksunun inkişafına töhfə verməkdir

Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri və qazilər tədris edib

Azərbaycan Universitetində magistratura proqramlarının hazırlanmasına dair müzakirə aparılıb

“Nağıllar aləmində” yenidən səhnədə

Millinin baş məşqçisi: İranla matçda komandamız istədiyimizi ortaya qoya bildi

BMU-da Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsi keçirilib

Naxçıvanda qeydiyyata alınan VÖEN sayı 6,7 faiz artıb

İnternet informasiya resurslarında qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

Qaradağlı faciəsinin şahidi: O dəhşətli günlər yaddaşımdan heç zaman silinməyəcək

Əfqanıstanda 170 cütlük kütləvi toy mərasimi keçirib

® “NEQSOL Holding” Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

Rəssam Milena Nəbiyeva: Ornamentlər Azərbaycan xalqının özünəməxsus müqəddəs yaddaşıdır

Ankarada 3,5 maqnitudalı zəlzələ olub

Azərbaycanla Tacikistan arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb

Vergi xidmətinin 25 illiyi qeyd edilib

Ötən il gəmi-bərələrlə daşınan sərnişin sayı 20 faiz artıb

ANAMA: Ötən həftə 935,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

BANM müəllimləri Bolqarıstanda mühazirələr oxuyacaqlar

Koçaryan: Ermənistanı Avropa İttifaqında heç kim gözləmir

ADU və Portsmut Universitetindən magistrlərə ikili diplom imkanı

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistanda konsert təşkil olunacaq

Sahibə Qafarova: Azərbaycan və Belarus parlamentləri beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir

Mühəndislikdə müasir texnologiyalar, süni intellekt və beynəlxalq elmi əməkdaşlıq müzakirə olunub

“Beşiktaş” kapitanı ilə müqavilənin müddətini uzadıb

İranlı nazir: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əvvəli Bəndər Abbas limanı, şimal nöqtəsi isə Astaradır

“İrşad” elektronika mağazaları şəbəkələri arasında Azərbaycanın ən çox vergi ödəyən şirkəti olub

Türkiyənin hakim partiyası qarşıdakı illər üçün prioritetləri müəyyənləşdirəcək

Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

Etnadakı aktivlik hava nəqliyyatına mənfi təsir göstərib

Elm Fondu 2025-ci il üzrə Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsini elan edir

Nəsirəddin Tusi irsinə həsr olunmuş tədbir keçirilib

Vyanada ATƏT Parlament Assambleyasının 24-cü qış sessiyası keçiriləcək

Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı artıb

Media: Trampın ticarət siyasəti qızılı ən perspektivli aktivə çevirib

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Misirdə binanın çökməsi nəticəsində 10 nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycanlı futbolçu “Real Madrid”in ulduzunu öz kumiri hesab edir - MÜSAHİBƏ

Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır

Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsini elan edir

Ali Məhkəmə: Vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir

Londonda “BAFTA 2025” kino mükafatının qaliblərinin adları açıqlanıb