SİYASƏT


Heydər Əliyev - əbədiyaşar lider

Bakı, 9 dekabr, AZƏRTAC

Ulu öndər Heydər Əliyev titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin möhkəmlənməsində, dövlətçiliyin formalaşmasında və inkişafında, sabitliyin bərqərar olunmasında, Azərbaycanın dünyada nüfuzunun artmasında mühüm xidmətlər göstərib.

Bu fikirlər Qaradağ rayonunda “Heydər Əliyev - əbədiyaşar lider” mövzusunda keçirilən konfransda səslənib.

Konfransda əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən qısa film nümayiş olunub.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. O bildirib ki, Ulu Öndərin müdrik siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Milli Məclisin deputatları Eldar İbrahimov, Siyavuş Novruzov, Ağalar Vəliyev müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməsindən danışıblar. Bildirilib ki, Ümummilli Lider nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov Heydər Əliyevin Vətənimizə, xalqımıza böyük sevgisindən danışıb.

Digər çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycanın yeni tarixini yazıb yaratdığını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.