SİYASƏT


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib

Bakı, 19 mart, AZƏRTAC 

Martın 19-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Novruz bayramı münasibətilə tədbir təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.

Çıxışlarda, həmçinin Azərbaycanda ordu quruculuğundan, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışılıb. Vurğulanıb ki, Ulu Öndərin ordu quruculuğu siyasəti hazırda Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrə göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusuna çevrilib və cəbhə xəttində düşmənin bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, ona layiqli cavab verilir.

Tədbirdə gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi istiqamətində həyata keçirilən tədbirlər də xüsusi qeyd edilib.

Sonra rəngarəng bayram konserti təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.