ORDU
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində elmi konfrans keçirilib
Bakı, 16 mart, AZƏRTAC
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşkilatçılığı ilə 2019-cu ilin elmi iş planına uyğun olaraq, Kursant Hərbi Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransın əsas məqsədi elmi və elmi-tədqiqat işinə meyilli kursantların aşkarlanması, hərb elminin inkişafında onların rolunun artırılması və “Ən yaxşı məruzəçi”lərin respublika miqyaslı analoji tədbirlərdə iştirakının təmin edilməsi olub.
Konfransda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyəti ilə yanaşı, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin təhsil müəssisələrinin zabit və kursantları da iştirak ediblər.
Beş bölmə üzrə təşkil olunan konfransda ümumilikdə 75 kursant məruzə ilə çıxış edib.
Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim olunub.