SİYASƏT


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün seminar təşkil olunub VİDEO

Bakı, 12 fevral, AZƏRTAC

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün “Silahlı münaqişələrdə medianın rolu” mövzusunda seminar təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda peşəkar jurnalistlər silahlı münaqişələrdə medianın rolu, hərbi əməliyyatların informasiya təminatı, informasiya qarşıdurmasının əhəmiyyəti, döyüş əməliyyatları zamanı hərbi qulluqçularla media nümayəndələri arasında qarşılıqlı əlaqələr və birgə fəaliyyətlərin təşkili, o cümlədən dezinformasiya və feyk xəbərlərin psixoloji təsiri mövzularında mühazirələr oxuyublar.

Kursantlara döyüş əməliyyatları zamanı mediadan yararlanmağın, məlumatı auditoriyaya çatdırmağın alternativ variantları açıqlanıb, bu istiqamətdə KİV nümayəndələri ilə iş üsulları haqqında məlumat verilib, eləcə də medianın resursları, onların üstün və zəif cəhətləri təhlil edilib.

Seminar panel müzakirələrlə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.