REGİONLAR


Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Naxçıvan, 9 dekabr, AZƏRTAC

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi qeyd edilib.

Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə keçirilən tədbirdə liseyin rəisi, general-mayor Məhəmməd Həsənov dahi mütəfəkkirin zəngin yaradıcılığından, Nəsimi irsinə göstərilən dövlət qayğısından danışıb. Liseyin rəisi qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə bu il ölkəmizdə “Nəsimi ili” elan olunub və şairin 650 illik yubileyi geniş qeyd edilir. Nəsimi yaradıcılığı ilə bağlı tədbirlərin keçirilməsi gənclərimizin, kursant və əsgərlərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Tədbirdə İmadəddin Nəsiminin əsərlərini bədii qiraət edən kursant və şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Heydər Əliyev adına Hərbi Liseyin kursantları şairin portretini çəkdikdən sonra “Nəsimi” bədii filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.