İQTİSADİYYAT


Heydər Əliyev adına NEZ üçün Bakıya nəhəng avadanlıq gətirilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Heydər Əliyev adına neft emalı zavodu (NEZ) üçün Bakıya nəhəng avadanlıq gətirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Neftqaztikinti” tresti məlumat yayıb. Bildirilir ki, trestə məxsus limanda neft emalı zavodu üçün “Linda” gəmisi vasitəsilə Bakıya gətirilən nəhəng avadanlığın (uzunluğu 40 metrə yaxın) qəbulu və daşıyıcı texnikanın üzərinə qoyulması xidməti həyata keçirilib.

Qeyd edək ki, Heydər Əliyev adına neft emalı zavodunun yenidənqurma və modernləşdirilməsi layihəsinin ilkin mərhələsi çərçivəsində yeni bitum qurğusunun inşası başa çatıb. Tikintisinə 400 nəfər yerli işçi və mütəxəssisin cəlb olunduğu qurğuda “EN 40/60” markalı yüksək keyfiyyətli yol bitumu istehsal ediləcək. Bitum qurğusunun illik istehsal gücü 400 min tondur.

Yeni bitum istehsalı qurğusunun inşası ilə keçmiş “Azərneftyağ” neft emalı zavodunun mövcud infrastrukturu tamamilə istismardan çıxarılacaq, dənizkənarı ərazilər boşaldılaraq “Ağ şəhər” layihəsinin reallaşdırılması üçün təhvil veriləcək.

Ümumilikdə yaxın gələcəkdə Heydər Əliyev adına NEZ-də irili-xırdalı 14 müasir texnoloji qurğu inşa ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.