MƏDƏNİYYƏT


Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Qazaxıstanda beynəlxalq festivalda iştirak edir

Tbilisi, 14 oktyabr, AZƏRTAC

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Qazaxıstanın Aktau şəhərində keçirilən “Abiş aləmi” birinci beynəlxalq teatr festivalında iştirak edir.

Qazaxıstanın Xalq yazıçısı Abiş Kekilbayevin 80 illik yubileyinə həsr olunan beynəlxalq festivala Qazaxıstan, Rusiya, Türkiyə, Tacikistan, Türkmənistan, İran və Gürcüstandan teatr truppaları qatılıblar.

Festivalda Gürcüstanı təmsil edən teatr A.P.Çexovun “Ayı” pyesinin əsasında hazırlanan tamaşa ilə çıxış edəcək.

Tamaşanın rejissoru teatrın bədii rəhbəri Turqay Vəlizadədir. Səhnə əsərində rolları T.Vəlizadə ilə yanaşı teatrın aparıcı və istedadlı aktrisaları Leyla Qasımova və Aida Tağıyeva da ifa edirlər.

Teatrın bədii rəhbəri Turqay Vəlizadə AZƏRTAC-a bildirib ki, festival TÜRKSOY-un dəstəyi, Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi və Manqistau vilayətinin akimliyinin təşəbbüsü ilə baş tutub.

Tədbirin əsas məqsədi Qazaxıstanın digər ölkələrlə mədəni və mənəvi əlaqələrini möhkəmləndirməkdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.