Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyev dünyanın ən böyük insanları arasında yer tutur VİDEO

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi yad edirlər

Moskva, 12 dekabr, AZƏRTAC

Moskvada Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin anım gecəsi keçirilib.

Tanınmış siyasətçilər, mədəniyyət xadimləri, Ulu Öndərin məsləkdaşları və sadəcə onu tanıyan, ona heyran olan və onu xatırlayan insanlar Azərbaycanın Rusiyadakı səfirliyində toplaşmışdı. Bu adamların hər biri Azərbaycan xalqının Ümummilli Lideri haqqında xatirələrini bölüşüblər.

RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy:

-Hər il bu dekabr günlərində biz Heydər Əliyevi – qeyri-adi müdrikliyi, dərin analitik zəkası ilə seçilən, keçmiş Sovet İttifaqı məkanındakı bütün ölkələr üçün çox işlər görmüş insanı yad edirik. Ən başlıcası, o, Azərbaycanın taleyində xüsusi tarixi rol oynayıb. Əminəm ki, Azərbaycanın müstəqilliyi məhz onun iradəsi sayəsində, 90-cı illərin əvvəlində Azərbaycanda baş verən daxili siyasi proseslərə və Cənubi Qafqazda, habelə regionun hüdudlarından kənarda baş verən geosiyasi proseslərə verdiyi düzgün qiymət sayəsində təmin edilib. Əgər Heydər Əliyev olmasaydı, son iyirmi beş ildə Azərbaycanın taleyi başqa cür olardı. Böyük xoşbəxtlikdir ki, bizim onunla ünsiyyət saxlamaq və ondan çox şey öyrənmək imkanımız olub.

RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Slutski:

-Onun yenidən yaratdığı dövlət bu gün haqlı olaraq ən firavan dövlətlərdən biri adlanır. 1990-cı ilin yanvar ayında Azərbaycanda baş vermiş dəhşətli hadisələrdən sonra yaranmış vəziyyət fonunda o, möhkəm, güclü, sistemli dövlət qurmağa, inkişaf etməkdə olan iqtisadiyyat yaratmağa nail oldu. Bütün bunlar yaradıldı, özü də elə yaradıldı ki, o dövrdə Azərbaycanda yaşayan hər kəs Azərbaycan xalqının ümummilli liderinə minnətdar idi. Bu gün İlham Əliyev öz dahi atasının işini layiqincə davam etdirir.

Bizim ortaq tariximizdə problemli məsələlər çox olub və Azərbaycanda bu problemlər uğurla həll edilib. Bu gün Azərbaycan iqtisadiyyatı enerji təchizatı baxımından müstəqildir. Bu gün Azərbaycan – iqtisadiyyatında profisit müşahidə olunan gözəl, güclü, çiçəklənən ölkədir. Milli Məclisə son seçkilər əyani şəkildə göstərdi ki, Azərbaycan xalqının ölkə rəhbərliyinə etimadı çox yüksəkdir. İlham Heydər oğlu öz atasının işini davam etdirir. Bu gün biz Azərbaycanın bu böyük oğlunun xatirəsinə ehtiramımızı bildirməklə başa düşürük ki, bizim aramızda öz nüfuzu sayəsində xalqına xidmət etmək, bu gün hamımızın gözü qarşısında Azərbaycanda baş verən möcüzəni həyata keçirmək üçün hər addıma hazır olan insanlar var.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu:

-Bu zalda Moskvada Heydər Əliyevlə işləmiş insanlar var. Onlar Heydər Əliyevin köməkçiləri olub, onun yanında olublar. O dövrdə qəbul edilmiş təbirlə desək, hər hansı fövqəladə hadisə baş verdikdə, yaxud, məsələn, Baykal-Amur Magistralının (BAM) tikintisini başa çatdırmaq lazım olanda onu ən məsul sahələrə göndərirdilər. Heydər Əliyev SSRİ-nin 18-dən çox nazirlik və idarəsinə kuratorluq edirdi. Yəqin ki, bu rəqəmin özü çox şeydən xəbər verir.

SSRİ dağılandan sonra suveren Azərbaycan yarananda, xüsusən müstəqilliyin ilk illərində bizim işlərimiz, açıq deyirəm, o qədər də yaxşı getmirdi. Yaranmış vəziyyətdən başqa çıxış yolu olmadığını başa düşən xalqın, ziyalıların nümayəndələri Naxçıvana getdilər və Heydər Əliyevdən respublika rəhbərliyinə qayıtmasını xahiş etdilər. Həqiqətən, 1993-cü ilin iyul ayında onun qayıdışından sonra böyük çətinliklə də olsa, vəziyyət tədricən düzəlməyə başladı. Çünki Heydər Əliyevin iş üslubu məhz böyük təcrübə, böyük nüfuz, insanlarla işləmək bacarığı, ən mürəkkəb vəziyyəti “nizamlamaq” bacarığı, uzaqgörənlik, hadisələri qabaqcadan sezmək bacarığı ilə fərqlənirdi.

Yəqin ki, mənim özümün də bəxtim çox gətirib, çünki vaxtilə, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olan dövrdə mən yaradıcılığımda pillə-pillə irəliləmişəm. Heydər Əliyevin hökumətində mən 10 il mədəniyyət naziri olmuşam. Demək istəyirəm ki, bu, dünyanın heç bir universitetində verilməyən bir diplomdur. Bu, Heydər Əliyevlə iş diplomudur. Suveren, müstəqil Azərbaycanın təşəkkülündə Heydər Əlirza oğlu Əliyevin rolu bu gün, zaman keçdikcə, illər keçdikcə daha aydın, daha aşkar görünür.

İndi dünyada lider qıtlığıdır. Bu gün dünyada belə qətiyyətli, eyni zamanda müdrik, ağıllı, vəziyyətin hər gün son xəbərlərə baxarkən gördüyümüz həddə çatmasının qarşısını ala biləcək insanların çatışmaması aşkar hiss olunur. Ona görə də Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq istəmirəm. Çünki insan xatırlanırsa, demək, o, sağdır, Heydər Əliyevin xatirəsi isə dünyada azərbaycanlılar deyilən millət qaldıqca yaşayacaq.

O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov İKP MK Siyasi Bürosunun üzvü kimi SSRİ-nin inkişafı üçün çox iş görüb. Bu insan dövlətçilik sisteminə, dövlətlər arasında qarşılıqlı münasibətlər sisteminə daxildən bələd idi. Təbii ki, o, respublika rəhbərliyinə qayıdandan dərhal sonra RF ilə münasibətlərin tənzimlənməsi ilə məşğul oldu. Bu iş uğurla başa çatdı, Azərbaycan ilə Rusiya arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında sanballı müqavilə imzalandı. 2001-ci ildə bizim münasibətlərin inkişafında yeni mərhələ başlandı – o vaxt artıq RF-nin Prezidenti olan Vladimir Putin Azərbaycana birinci dəfə dövlət səfərinə gəldi. Bu səfər bizim qarşılıqlı münasibətlərin çıxış nöqtəsi kimi iki ölkə arasında qarşılıqlı münasibətləri yeni səviyyəyə qaldırdı, çünki o vaxta qədər RF rəhbərləri Azərbaycana dövlət səfəri səviyyəsində gəlməmişdi. Bundan əlavə, Vladimir Putinlə Heydər Əliyevin şəxsi münasibətləri ölkələrimiz arasında qarşılıqlı münasibətləri dərhal yeni, daha yüksək səviyyəyə qaldırmağa imkan verdi. İndi Azərbaycan Prezidenti İlham Əliyev bu yolu davam etdirir. O, həm Rusiya Prezidenti ilə özünün qarşılıqlı münasibətlərində, həm ikitərəfli, çoxtərəfli münasibətlərdə, həm də regiona münasibətdə RF ilə bizim qarşılıqlı əlaqələrimizə çox diqqətlə yanaşır.

Rusiya Neft-Qaz Sənayesi İşçiləri İttifaqının prezidenti Gennadi Şmal:

-Bu gün bizim ölkənin ərazisinin 60 faizi şimal əraziləridir. Lakin təəssüf ki, bu gün bizim şimal üçün münasib texnikamız yoxdur. O vaxt da yox idi. Bu səbəbdən, vaqonlar gələndə onlar günlərlə dayanırdı, çünki boruları boşaltmaq mümkün deyildi, kranların boru düzən hissələri, sanki ağacdan hazırlanmış kimi, qırılıb tökülürdü. Bu işi yalnız Yaponiyada istehsal edilən texnikanın köməyi ilə görmək mümkün idi. Lakin deməliyəm ki, biz vaqonların dövriyyəsi ilə, onların boşaldılması ilə bağlı problemlərin 95 faizini həll etməyə nail olduq. Əlbəttə, bu məsələdə Heydər Əliyevin böyük xidmətləri vardı. Təəssüf ki, o, bizdə dövlət xidmətindən çox tez getdi. Mən əminəm ki, onun potensialından tam istifadə edilmədi. Sonralar, Heydər Əliyev pensiyada olanda onunla görüşürdüm. Bilirsinizmi, mən ondan bircə dəfə də olsa, inciklik bildirən bir söz eşitmədim. O vaxt onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən çıxarılması ədalətsizlik idi, o, heç kimə qarşı iddia irəli sürmürdü, özünü əsl kişi kimi aparırdı. Çox müdrik, maraqlı, yaxşı insan idi. Ümumiyyətlə, mənim nəzərimdə Azərbaycan iki insanın adı ilə təcəssüm olunur: Heydər Əliyev və mənim dostum Fərman Salmanov. Güman edirəm ki, bu sözlər Heydər Əliyevə bütünlüklə aid edilə bilər: qoy insanlar sevinsinlər ki, dünyada bəşər övladının bu cür heyrətamiz bəzəyi olub.

Rusiyanın Əməkdar Rəssamı Nikas Safronov:

-Mənim üçün Heydər Əliyevin adı Azərbaycana və onun xalqına hörmət, heyranlıq, sevgi rəmzidir. Onun vasitəsilə mən Azərbaycanı başqa cür görmüşəm. Mənim üçün o, dünyanı tamam dəyişmiş, Azərbaycanın yüksəlişinin təməlini qoymuş böyük rəssamdır. Rusiya Azərbaycanla dostluğa görə fəxr edir. Özümü Azərbaycanın və Heydər Əliyevin dostu adlandırmaq mənim üçün şərəfdir. Onunla hər görüşümü xatırlayıram. Bu insanla istənilən məsələ barədə söhbət etmək, mübahisə etmək olardı. O, nəsillərin yaddaşında qalacaq, onun sözləri dildən-dilə düşəcək. Allah eləsin ki, dünyamız salamat olsun, onda Heydər Əliyev tarixdə dünyanın ən böyük insanları sırasında öz yerini tutacaq.

1980-2001-ci illərdə beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti olmuş Xuan Antonio Samarançın müşaviri Alberto Kintana:

-1984-cü ildə Los-Ancelesdə XIII Yay Olimpiya Oyunları keçirilirdi. SSRİ bu Oyunları boykot etməyi qərara almışdı. Bununla əlaqədar, BOK-un ovaxtkı prezidenti Xuan Antonio Samaranç SSRİ rəhbərliyini beynəlxalq olimpiya hərəkatını möhkəmlətmək lazım olduğuna inandırmaq üçün Moskvaya gəlmişdi. Lakin keçmiş Sovet İttifaqının yüksək vəzifəli şəxslərindən heç kəs onu qəbul etmədi. Bundan kədərlənmiş Samaranç artıq geri qayıtmağa hazırlaşan məqamda o vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyev öz təşəbbüsü ilə onu qəbul etdi. Onların görüşü çox yaxşı keçdi. Əlbəttə, Heydər Əliyev SSRİ rəhbərliyinin Olimpiadada iştirak etməmək barədə qərarını dəyişdirə bilmədi, lakin onun xeyirxah və səmimi mövqeyi münasibətlərdə yaranmış gərginliyi aradan qaldırdı. Samaranç sonralar bu görüşü tez-tez, həm də böyük minnətdarlıq hissi ilə xatırlayırdı.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin patofiziologiya kafedrasının müdiri, professor Pyotr Litvitski:

-Mənə Heydər Əliyevlə görüşmək, onunla ünsiyyət saxlamaq xoşbəxtliyi nəsib olub. Şadam ki, biz onun ideyalarını reallaşdırmaq məqsədi ilə Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialını açmışıq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Heydər Əliyev dünyanın ən böyük insanları arasında yer tutur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub