Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyev məfkurəsi və müasir dövlət quruculuğu

Heydər Əliyev məfkurəsi və müasir dövlət quruculuğu

Bakı, 8 may, AZƏRTAC

Bu günlərdə ölkə ictimaiyyəti böyük ruh yüksəkliyi və coşqu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü dövlət səviyyəsində təntənəli şəkildə qeyd etməyə hazırlaşır. 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərin işığında bu dahi şəxsiyyətin həyat və fəaliyyətinə yeni baxış bucağından nəzər salarkən onun siyasi portreti daha dolğun görünür.

Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev xalqının xilaskarı missiyası ilə Tanrı və zaman tərəfindən Azərbaycanın taleyinə bəxş edilmiş və bu qürurlu taleyin zirvəsini müəyyən etmiş nadir şəxsiyyətlərdən biridir. Bu dahi insanın Azərbaycan xalqının qan və qəlb yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalması heç şübhəsiz ki, təsadüfi deyildir. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq gerçəkdən mümkünsüzdür. Elə bu səbəbdəndir ki, Heydər Əliyevi tanıdığımız gündən ona ən böyük azərbaycanlı demişik.

Bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Hüseynlinin “Heydər Əliyev məfkurəsi və müasir dövlət quruculuğu” sərlövhəli məqaləsində əksini tapıb.

AZƏRTAC məqaləni təqdim edir.

Nadir siyasət adamı Heydər Əliyev dünyada gedən proseslərə təsir etmək gücündə olan fövqəladə şəxsiyyət kimi eyni zamanda tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən müdrik və unikal dövlət xadimi idi.

O, təkcə güclü təsərrüfatçı deyil, həm də sözünün çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir lider idi. Heydər Əliyevin dərin məntiqli və məzmunlu nitqi, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi.

Təbiət siyasi xadimlərin heç də hamısında rast gəlinməyən tarixi bəsirəti, siyasi fəhm kimi nadir öncəgörmə qabiliyyətini zəmanəsini çox-çox qabaqlayan, mahir psixoloq, insan qəlbinin dərin bilicisi olan Heydər Əliyevdən əsirgəməyib. O, analitik düşüncə tərzi və çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti və dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi. Ulu Öndər bəlkə də dünyanın çox nadir siyasətçilərindəndir ki, siyasətin ən qızğın meydanlarında hisslərini gizlədərək, ağlı və məntiqi ilə davranmağı bacarıb, əsl peşəkarlıq nümayiş etdirib.

Müasir siyasi texnologiyalarda lider üçün xarizma çox mühüm təsirə malik keyfiyyət hesab olunur. Heydər Əliyevin ən ali insani keyfiyyətləri, fenomenal xarakteri, hərəni öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, səbat, diqqət və bir çox digər yüksək mənəvi cəhətlər Heydər Əliyevin fərdi naturasının özünəməxsus çalarlarıdır.

Heç də hər dövlət xadiminə xas olmayan bu üstünlüklər ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlərdir. Onun gücü həm də universal, dərin biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, heyrətamiz yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləməklə bərabər həm də eyni zamanda həmsöhbətinə təsir etmək bacarığında idi.

Məsələləri əhəmiyyətinə görə ardıcıllıqla düzmək qabiliyyəti və mahir diplomat olması onu dünyanın ən məşhur siyasətçiləri ilə bir sıraya qoyur. Heydər Əliyev sanki əzəldən böyük siyasət üçün yaranmış, təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən dövlət və dövlətçilik məsələləri ilə bağlı baxışlarında da özünü büruzə vermişdir. O, hər zaman zərgər dəqiqliyi ilə, ölçülüb-biçilmiş qərarlar qəbul edirdi. Hətta fəaliyyətini haqsız yerə təftiş edənlər ona irad tutmaq üçün nöqsan adına bir fakt tapıb ortaya qoya bilməmişlər, əksinə, əks mövqedə duran siyasi opponentləri sonradan onun haqlı olduğunu etiraf etməyə məcbur olmuşlar ki, bu da milli maraqların kəsişdiyi məqamlarda ölkədə siyasi həmrəyliyin əldə olunması üçün çox vacib amildir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkəni hərtərəfli inkişaf yoluna çıxararaq onun müstəqilliyini əbədi və dönməz etmişdir. Elə bu səbəbdən idi ki, hələ dünya çapında yetərincə tanınmayan Azərbaycan kimi kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddətdə dünya xəritəsində cəlbedici mövqeyi ilə seçilən nüfuzlu bir dövlətə çevrilə bildi. Əsrə bərabər cəmi 10 il ərzində müstəqil Azərbaycan Respublikasının sükanı arxasında duran Heydər Əliyev xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərb demokratiyası ilə Şərq dəyərlərinin bənzərsiz sintezini özündə əks etdirən yeni nəsil müasir dövlət modelini formalaşdırmağa nail oldu. Bu siyasətin bariz nəticəsidir ki, bu gün Azərbaycan öz tolerantlığı və multikultural dəyərləri ilə dünyanın bütün digər ölkələrinə təkrarsız nümunədir.

İdarəetmədə böyük səriştəsi və qibtə ediləcək bacarığı olan, nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı zərgər dəqiqliyi ilə bacaran Heydər Əliyevin təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu Öndər deyirdi ki, “reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır”. Məntiqlə, həqiqətən də belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət etmiş olur.

Heydər Əliyevin siyasəti tamamən milli maraqlar üzərində qurulmuşdu. Bununla bağlı onun daha bir möhtəşəm fikrinə diqqət çəkmək istəyirəm: “...Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun”.

Ulu Öndər qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadiminin gedişləri çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir.

Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellektə, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevə bərabər tutula bilən siyasətçi çox azdır. Ümummilli Liderin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi olub. “Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir” deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Bəlkə də buna görədir ki, bir sıra hallarda Heydər Əliyevi “siyasət qrossmeysteri”, “siyasət patriarxı” kimi epitetlərlə xarakterizə edirlər.

Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Bu bir həqiqətdir ki, Azərbaycan xalqı əlverişli tarixi şəraitdən, özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək, XX əsrin sonunda məhz Heydər Əliyevin müəllifliyi ilə öz istiqlal arzusunu real olaraq gerçəkləşdirə, onu formal şəkildən həqiqi vəziyyətə çevirə bilib. Müstəqillik dövrünün qısa dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin bu fikrini bir daha təsdiq edir ki, “müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

Bu təhlil həm də onu sübut edir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyanı yalnız iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs yerinə yetirə bilər. Məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Sovetlər İttifaqının süqutu nəticəsində formal müstəqillik əldə etmiş bütün müttəfiq respublikalarda olduğu kimi Azərbaycanda da keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin bunun əvəzində xalqı səfərbər edən, onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli-mənəvi dəyərlərini qoruyub saxlayacaq və yönəldəcək milli sistem və ideya da ortaya qoyulmamışdı. Keçmişin bütün varlıqlarından, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total imtina tendensiyası Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Əlbəttə, bu proses bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edənlərin aydın məqsəd və məramının yoxluğundan, idarə etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamasından dolayı yaranmış siyasi və iqtisadi böhranla bağlı idi. Azərbaycanda bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider isə məhz hələ sovetlər dönəmində respublikaya uğurla rəhbərlik etmiş, keçmiş SSRİ-nin ali rəhbər strukturlarında ən yüksək vəzifələrdə çalışaraq böyük dövlətçilik və siyasi təcrübə əldə etmiş Heydər Əliyev idi. Tarix də 1993-cü ildə onun hakimiyyətə qayıdışını ən düzgün seçim kimi dəyərləndirdi.

Belə ki, Ulu Öndərin dövlətçilik təlimi güclü dövlətçilik anlayışı və onun bütün atributları ilə yanaşı dövlətin iqtisadi, siyasi, sosial və mənəvi əsaslarına söykənir. Müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirməklə bərabər Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnəkdir.

Bizim milli dövlətçilik tariximizdə möhtəşəm yer tutan müstəqil Azərbaycan Respublikasının fərqli cəhəti dövlət quruculuğunu şərtləndirən əsas amillərdən biri kimi onun milli dövlət olmasıdır. Uzun illər öz dövlətçiliyindən və milli mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olmuşdur. Ümummilli Lider, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlimi - dövlət siyasəti səviyyəsinə qaldırılmış azərbaycançılıq ideologiyasını yaratmağa müvəffəq olmuşdur. Ayrıca olaraq xüsusi vurğulanmalıdır ki, başqa sahələrdə olduğu kimi, milli ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini qoruya bilmiş və vaxtilə məhz birləşdirici ideya kimi irəli sürülmüş azərbaycançılıq ideologiyasını mükəmməl bir təlim kimi ölkənin dövlət siyasətinə çevirmişdir.

Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan bu ideologiyanın həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Buna görə də bu gün elm və mədəniyyətə, vətənpərvərlik tərbiyəsinə, xalqımızın tarixi irsinə yetirilən diqqət dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub Heydər Əliyevin dövlətçilik təliminin yaradıcı şəkildə inkişafının təzahürü kimi özünü göstərir.

Ona görə də bu gün dövlət quruculuğundan danışarkən, heç şübhəsiz, ilk yada düşən Heydər Əliyevin bu sahədəki danılmaz fəaliyyəti və əsasını qoyduğu siyasi xətdir. Doğrudan da, məhz Ulu Öndərin ikinci dəfə xilaskarlıq missiyası ilə hakimiyyətə dönüşündən sonra Azərbaycanda bütün atributlara malik güclü dövlətin formalaşması prosesinə start verildi. Dövlət quruculuğu və onun hüquqi təminatı uğurlu istiqamət üzrə davam etdirildi. Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinə şərəfli səhifələr yazmış Cavanşir, Babək, Şah İsmayıl Xətai kimi sərkərdələrin həyat və fəaliyyətini böyük vətənpərvərlik məktəbi və xalqın birlik təcəssümü kimi hər zaman nümunə göstərən Ulu Öndər özünün titanik fəaliyyəti sayəsində müasir siyasi şəraitin və zamanın tələbləri kontekstində dövlət və dövlətçilik ənənələrini yeni və dolğun çalarlarla daha da zənginləşdirməyə nail olmuşdur. 1993-cü ildən sonra bu istiqamətdə hadisələrin axarına diqqət yetirəndə əsas kursun insanlarda etnik-milli duyğularla yanaşı, ictimai-siyasi özünüdərk düşüncəsinin və vətəndaşlıq hisslərinin formalaşdırılmasına yönəldildiyinin şahıdi oluruq. Bu sahədəki fəaliyyətin istiqamətini Heydər Əliyevin “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” şüarı altında ifadə olunan ideya müəyyən etmişdir.

Mütərəqqi dövlətçilik prinsiplərinin bərqərar olması üçün Heydər Əliyevin əsas amalı dövlət işini ümumxalq işinə çevirmək idi. Bu xüsusda insan amilinə böyük əhəmiyyət verən Ulu Öndərin maraqlı bir fikri var: “Bir var dövlət işi ilə məşğul olan adamlar, bir də var adi vətəndaş. Adi vətəndaş da, əgər həqiqətən də vətəndaşdırsa, deməli, öz vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz”. Əgər biz Heydər Əliyevin çıxışlarını diqqətlə izləsək, görərik ki, onun ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsidir.

Heydər Əliyevin yüksək dövlətçilik anlayışı həm də onunla səciyyələnir ki, o, öz baxışlarında siyasəti iqtisadiyyatdan, mədəniyyətdən, milli-mənəvi dəyərlərdən təcrid etmirdi. Onun özünün bir şəxsiyyət və lider kimi hərtərəfli hazırlıqlı olması, bütün sahələrdə yüksək intellektual səviyyəyə malik olması daxili və xarici siyasət kurslarının da bir-birini üzvi şəkildə tamamlayaraq vəhdət şəkildə həyata keçirilməsinə imkan verirdi. Bu gün hər kəs böyük məsuliyyət hissi ilə dərk edir ki, bütün sahələr üzrə Azərbaycanın öz maraqlarına uyğun işlənib - hazırlanmış müstəqil inkişaf kursu məhz Heydər Əliyev dühasının məhsuludur. İstər böyük və ya kiçik, uzaq və ya da yaxın dövlətlərlə, istərsə də iqtisadi və mədəni - mənəvi sahələrdəki tərəf - müqabillərlə münasibətdə Azərbaycan ilk növbədə öz milli maraqlarından çıxış edir. Həm də bu maraqların rəhbər tutulması elə incə siyasətlə həyata keçirilir ki, böyük dövlətlərin və qonşuların maraqları ilə birbaşa ziddiyyət təşkil etməsin.

Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət quruculuğunun möhkəmlənməsi, bu sahədəki nailiyyətlər həm də iqtisadi təməlin düzgün qoyulması ilə bağlı olub. Odur ki, Heydər Əliyev platforması fonunda islahat deyilərkən, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.

Çünki Heydər Əliyev siyasəti iqtisadiyyatdan, mədəniyyətdən, milli-mənəvi dəyərlərdən təcrid etmirdi. Onun özünün bir şəxsiyyət kimi hərtərəfli hazırlıqlı olması, bütün sahələrdə yüksək intellektual səviyyəyə malik olması xarici siyasət kursunun da kompleks şəkildə həyata keçirilməsinə imkan verirdi. Əgər Heydər Əliyevin çıxışlarını diqqətlə izləsək, görərik ki, onun ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri və digər transmilli layihələrin reallaşması ən çətin anlarda uğurlu neft strategiyasını təməlini qoymuş Heydər Əliyevin yenilməz siyasi iradəsinin nümayişdir. Xalqın rifahına yönəlmiş hədəflərə nail olmaq üçün atılan bu addımlar milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiAzərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrilmiş bu böyük insanın qətiyyətli mövqeyinin və uzaqgörənliyinin nəticəsi kimi dəyərləndirilməlidir.

İqtisadiyyatın inkişafı, adamların rifah halının yaxşılaşdırılması həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuşdur: “Biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızın, xalqımızın rifahını yaxşılaşdırmağa, yaranmış vəziyyətdə müxtəlif və yeni formalardan istifadə edərək iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq”. Heydər Əliyev fikrini bununla bitirmir və məsələyə tam dialektik bir mövqedən yanaşmaqla, sosial-iqtisadi proqramların həyata keçirilməsinin də, öz növbəsində, dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olması, mədəni-mənəvi həyatın təşəkkülü üçün bir şərt olduğunu qeyd edir. “İqtisadiyyat son məqsəd kimi yox, şərt kimi, təməl kimi, vasitə kimi götürülür. Siyasi və mədəni-mənəvi aspektdəki nailiyyətlərin də çox vaxt iqtisadi təmələ söykəndiyi vurğulanırdı. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

Lakin “Əgər ölkədə ictimai - siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit yaradılmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz” söyləyən Heydər Əliyev üçün dövlət quruculuğu ilə bağlı məsələlər fəaliyyət strategiyasında özlüyündə son məqsəd deyildi. Çünki mənəvi buxovlardan azad olmayan, öz milli mənliyini dərk etməyən xalqın azad ola bilməməsi təfəkküründən çıxış etsək, belə qənaətə gələrik ki, dövlətin möhkəmləndirilməsi müstəqil iqtisadi siyasətlə yanaşı həm də daxili asayişin və əmin-amanlığın təmin olunmasından keçir.

Dövlət quruculuğundan danışarkən onun bir qolu olan hüquqi dövlət quruculuğunu fərqləndirə bilərik. Çünki bu sahənin də özünəməxsusluğu var. Təsadüfi deyil ki, 1993-cü ildə Ulu Öndərin səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələr içində hüquqi təməl və ümumilikdə hüquq anlayışı əsas prioritetlərdən birini təşkil edirdi. Bu məsələyə münasibətdə Heydər Əliyevin mövqeyi belə ifadə olunur: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. Eyni zamanda, Ulu Öndər deyirdi: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”.

Nəhayətdə isə “Dövlət - dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön planda saxlayırdı. O, ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratmışdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarizəyə başlanıldı. Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu.

Demokratik hüquqi dövlət quruculuğu prosesi də məhz tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirilmişdir. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi. Bütün bu müddəaların ən yüksək standartlara uyğun şəkildə əks olunduğu və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli lider Heydər Əliyevdir. Həqiqətən də, Ana Qanunumuz dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir.

Bu yeni, mütərəqqi Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün Ulu Öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutaraq, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında geniş və ciddi islahatlar aparmaqla hüquqi dövlət quruculuğuna və hüquq sisteminin modernləşməsinə müstəsna əhəmiyyət verməsi ilə bağlı niyyətini ortaya qoymuşdur.

Azərbaycanda milli qanunvericiliyin mükəmməl səviyyəyə qaldırılmasına xüsusi önəm verən Heydər Əliyevin təşəbbüsü ilə hakimiyyət qollarının müstəqil fəaliyyətinin təmin edilməsində mühüm rol oynayan bir sıra hüquqi aktların, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlanmış və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edilmiş, məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis edilmişdir.

İnsan hüquqlarının qorunmasına müstəsna diqqət ayıran Ümummilli Liderin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. Bu istiqamətdə Azərbaycan parlamenti bir sıra beynəlxalq konvensiyaları ratifikasiya etmişdir.

Dövlətin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri kimi, şübhəsiz, Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu ölüm cəzasının tamamilə ləğv edilməsi, söz və mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması Heydər Əliyevin demokratik dəyərlərə verdiyi önəmin ifadəsi və onun böyük mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiq edən çoxsaylı faktlardandır.

Çox zaman Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki əsas xidmətini sağlam qüvvələri səfərbər edərək güclü dövlət strukturları yaratmasında, müstəqilliyimizin, daxili, ictimai-siyasi sabitliyin real təminatçısı olan dövlət aparatı qurmasında görürlər. Çünki Heydər Əliyev idarəetmənin sosialist inzibati-amirlik sistemindən çevik düşüncə və bacarıq üzərindən idarəetməyə keçidin nə demək olduğunu aydın dərk etdiyindən bu məsələni xüsusi diqqətdə saxlayır və yüksək ixtisaslı kadrların yetişdirilməsinə böyük əhəmiyyət verirdi.

Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Ulu Öndər çox gözəl dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onun ərazi bütövlüyünü təmin etmək və Qarabağ problemini birdəfəlik həllinə nail olmaq üçün möhkəm siyasi və iqtisadi bazanın qurulmasına ehtiyac vardır. Münaqişənin həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların ikili standartlarla müşayiət olunan fəaliyyətlərini hər zaman tənqid hədəfində saxlayan Heydər Əliyev “Biz Azərbaycan torpağının bir qarışını da heç kimə verməyəcəyik!”, “Azərbaycanın ərazi bütövlüyü istənilən yolla mütləq bərpa ediləcəkdir!” deyə bu məsələdə qətiyyətli mövqeyini hər zaman hər yerdə ifadə edərək dünyaya mesaj vermişdir. Ulu Öndərin o dövrdə apardığı siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dövləti möhtəşəm xalq-ordu-Prezident birliyi sayəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı nəticəsində tarixi Qələbə qazanaraq 30 ildən bəri düşmən tapdağı altında qalmış ərazilərimizə, nəhayət ki, sahib çıxmışdır. Bu baxımdan Vətən müharibəsində qazanılmış tarixi Zəfər, ilk növbədə, Heydər Əliyev ideologiyasının təcəssümü kimi dəyərləndirilməlidir.

Beləliklə, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ciddi uğurlar, sürətli iqtisadi inkişaf yolu ilə bölgədəki stabil lider mövqeyi məhz Heydər Əliyevin müəyyən etdiyi dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi ilə bilavasitə bağlıdır.

Azərbaycanın Heydər Əliyev epoxasından sonrakı mərhələlərdə tarixin gedişatı qəti şəkildə deməyə əsas verir ki, son 17 ildə bölgədə və ölkə daxilində formalaşmış yeni iqtisadi və siyasi konfiqurasiya şəraitində Ulu Öndərimizin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində xalqı səfərbər etməyə nail olmuş Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında dövlət quruculuğu istiqamətində yeni dövrlə səsləşən çoxşaxəli iqtisadi, sosial və hüquqi islahatlar məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirilir, yeni çalarlarla zənginləşdirilir.

Bu baxımdan əminliklə söyləmək mümkündür ki, dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO