Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyev mənə dedi: “Yaz, Elmira, səndə yaxşı alınır”

Bakı, 2 iyun, Əziz Məmmədov, AZƏRTAC

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovaya Xalq Yazıçısı fəxri adı verilib. AZƏRTAC-ın müxbiri Əziz Məmmədov Elmira Axundova ilə görüşüb. Xalq Yazıçısı jurnalistin suallarına lütfkarlıqla cavab verib.

-Elmira xanım, söhbətimizin əvvəlində Sizi təbrik etmək istəyirəm. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinizə görə Sizə Xalq Yazıçısı fəxri adı verilib. Siz bu fəxri ada layiq görülmüş ilk publisistsiniz. Elmira xanım, Xalq Yazıçısı rütbəsində özünüzü necə hiss edirsiniz?

-Təbrik üçün çox sağ olun. Jurnalist həmkarlarımdan, xüsusilə mənim sevimli informasiya agentliyim olan AZƏRTAC-da işləyənlərdən təbriklər qəbul etmək çox xoşdur. Bədii yaradıcılıqla fəal məşğul olduğum son 15 ildə AZƏRTAC və onun rəhbəri Aslan Aslanov mənim layihələrimi və təşəbbüslərimi həmişə dəstəkləyib, əsərlərimin xaricdə keçirilmiş bütün təqdimat mərasimləri, yeni çıxmış kitablarım barədə məlumat veriblər, buna görə onlara çox minnətdaram.

Mənə yüksək ad verilməsi barədə xəbəri Miniatür Kitab Muzeyində eşitdim. Orada Qalina Mikeladzenin “Elmira Axundova. Möhtəşəm layihələr” adlı miniatür kitabının təqdimat mərasimi keçirilirdi. Təbii ki, çox müxtəlif hisslər keçirdim. Əvvəlcə bir qədər özümü itirdim, sonra sevindim və nəhayət, bu yüksək etimada görə qürur duydum. Daha sonra indən belə məni daim müşayiət edəcək çox böyük məsuliyyət hissi yarandı. Qeyd etmək istəyirəm ki, artıq çoxdandır jurnalistlik fəaliyyətinin çərçivəsindən kənara çıxmışam, xeyli vaxtdır ki, bədii yaradıcılıqla məşğul oluram, müxtəlif ölkələrdə 30-dan çox kitabım çapdan çıxıb. Bu kitabların ondan çoxu bədii nəsr janrında yazılıb. Sadəcə, mənim əsərlərim sənədli nəsrdir, faktiki materiallar, yəni, həqiqətən baş vermiş faktlar əsasında yazıram. Buna görə hesab edirəm ki, cənab Prezident məni bu yüksək mükafatla məhz sənədli nəsr janrında işləyən yazıçı kimi təltif edib. Bu etimada və diqqətə, cənab İlham Əliyevin mənim yaradıcılığımı bu cür yüksək qiymətləndirdiyinə görə dövlətimizin başçısına hədsiz minnətdaram. Mən çox vaxt yeni kitablarımı, o cümlədən xarici ölkələrdə, dünyanın müxtəlif xalqlarının dillərində çıxan kitablarımı dövlətimizin başçısına göndərirəm və görünür, mənim yaradıcılığım onun xoşuna gəlir. Mən cənab Prezidentə təşəkkür məktubu yazaraq qeyd etmişəm ki, mənim sözüm bundan sonra da xeyirxahlıq və ədalət ideallarına xidmət edəcək, ölkəmiz və xalqımız, onun keçmişi və bu günü barədə həqiqəti və yalnız həqiqəti əks etdirəcək. Mən həmişə gördüyüm işi böyük məsuliyyətlə və ilhamla yerinə yetirmişəm, bundan sonra da belə olacaq.

-Siz müsahibələrinizin birində demisiniz ki, 1994-cü ildən etibarən ümummilli lider Heydər Əliyevin demək olar bütün xarici və ölkədaxili səfərlərində onu müşayiət etmisiniz. Bu dahi şəxsiyyət barədə ən parlaq xatirələriniz nədən ibarətdir?

-Xatirələrim çoxdur, onlar hamısı parlaqdır və heç vaxt yaddaşımdan silinməyəcək. Ona görə də hər hansı bir xatirəni fərqləndirmək çox çətindir. Ulu öndər Heydər Əliyevlə xaricə birinci səfərim 1994-cü ilin fevral-mart aylarında olub. O vaxt Ümummilli Lider üç ölkəyə - Çinə, Böyük Britaniyaya və Türkiyəyə səfər etdi. Bu üç ölkənin hamısında mən Heydər Əliyevi “Literaturnaya qazeta”nın və “Azadlıq” radiosunun xüsusi müxbiri kimi müşayiət edirdim. Demək istəyirəm ki, Heydər Əliyev jurnalistlərə, hətta müstəqil və müxalifətçi KİV-lərdə işləyənlərə də çox loyal münasibət bəsləyir, onları özü ilə səfərlərə aparırdı. O, çox vaxt məni və mərhum Elmira Əhmədovanı da özü ilə səfərlərə aparırdı. Mən “Azadlıq” radiosunun rus xidmətində, Elmira Əhmədova isə Azərbaycan xidmətində çalışırdıq. Bununla əlaqədar bir maraqlı epizod yadıma düşür. Biz Türkmənistanda idik. Bu ölkənin Xarici İşlər Nazirliyinin protokol xidmətinin əməkdaşları çox heyrətləndilər ki, onların ölkəsində ümumiyyətlə qadağan edilmiş radiostansiyanın müxbirləri Prezidentlə birlikdə səfərə gəliblər. Onlar inanmırdılar, düşünürdülər ki, biz özbaşına gəlmişik, bizdən soruşurdular: “Siz Prezidentlə, nümayəndə heyəti ilə birlikdə gəlmisiniz?”. Bizi nümayəndə heyətindən ayırdılar, uzun-uzadı yoxlamalar keçirdilər. Nəhayət, bizim XİN türkmənistanlı həmkarlarına sübut etdi ki, biz həqiqətən Azərbaycan Prezidenti ilə birlikdə gəlmiş jurnalistlərdən ibarət rəsmi nümayəndə heyətinin üzvləriyik. Bununla belə, son günə qədər orada bizimlə çox ehtiyatla və qorxa-qorxa davranırdılar, sanki biz hansısa düşmən ölkədən gəlmişik. Biz geri qayıdanda təyyarənin salonunda bu barədə Heydər Əliyevə danışdıq, bu məsələ onu çox əyləndirdi, xeyli güldü. Bundan sonra o, həmin məsələni öz nəzarətinə götürdü. Yadımdadır, biz Rumıniyada olarkən Heydər Əliyev həmin ölkənin Baş naziri ilə söhbət zamanı məni və Elmira Əmrah qızını göstərərək dedi: “Görürsünüzmü, onlar müxalifətçilərdir, “Azadlıq” radiosunda işləyirlər. Bu radiostansiyanı tanıyırsınızmı? Amma mən səfərlərə gedərkən onları özümlə aparıram və heç maraqlanmıram ki, onlar nə yazırlar”. Yəni, Heydər Əliyev bu faktı bir növ piara, öz ölkəsində söz azadlığı səviyyəsinin sübutuna çevirə bildi. Onun ünsiyyət manerasının bu xüsusiyyətini, ölkəsinin imicini yüksəltmək, xalqı üçün mümkün qədər çox iş görmək məqsədilə hər dəqiqədən, hər andan istifadə etmək bacarığını demək olar ki, bütün danışıqlarında müşahidə etmişəm. Planetin ən məşhur siyasətçiləri ilə - kiçik, üstəlik müharibə vəziyyətində olan bir ölkənin kredit almaq və ya hər hansı müqavilə bağlamaq üçün onların yanına gəlmiş lideri Heydər Əliyevə əvvəlcə ehtiyatla, hətta inamsız yanaşan insanlarla danışıqlar zamanı heyrətamiz bir metamorfoz baş verirdi. Danışıqlardan sonra bütün bu insanlar bir qayda olaraq onun dostlarına, hətta məsləkdaşlarına çevrilir, bütün məsələlərdə ona kömək edirdilər. Heydər Əliyev inanılmaz bir xarizmaya və cazibəyə malik idi. Mən dəfələrlə müşahidə etmişəm ki, onu tanımayan və ya ona xoş münasibət bəsləməyən insanlar Prezidentin kabinetindən onun dostları kimi çıxıblar. Bu, heyrətamiz keyfiyyətdir. Onlarca, yüzlərcə bu cür misallar göstərmək olar, belə misallar mənim “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı yeddicildliyimdə çoxdur.

-Siz yeddicildlikdən danışdınız, məhz bununla əlaqədar bir sualım var. Məlum olduğu kimi, Ulu Öndər haqqında çoxlu bədii əsərlər, sənədli oçerklər, elmi məqalələr yazılıb. Lakin sizin fundamental əsəriniz – üzərində 13 il işlədiyiniz “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı yeddicildlik belə əsərlər arasında xüsusi yer tutur. Çoxcildliyə ön söz və sözardı yazmış görkəmli qazax yazıçısı Oljas Süleymenov sizin kitabınızı “roman-tədqiqat” adlandırıb. Siz, əslində, həm monumental bir əsərin müəllifisiniz, həm də Azərbaycan ədəbiyyatında yeni bir janrın – “sənədli-bioqrafik roman” janrının əsasını qoymusunuz. Ümummilli Lider haqqında kitab yazmaq ideyası necə yarandı?

-On il ərzində mən Heydər Əliyevin yanında olmuşam. Bu müddətdə onun iş üslubunu, insanlarla ünsiyyət metodunu müşahidə etmək imkanım olub. Mən çoxlu publisistik məqalələr yazmışam. Hələ iyirmi il bundan əvvəl mən bədii ədəbiyyatda Heydər Əliyevin obrazını yaratmışam. Bəlkə də bu işi görən birinci adam mən olmuşam. Söhbət “Naşirin qətli” kitabından gedir. Siyasi detektiv janrında yazılmış bu əsərdə 1990-cı ilin may-iyun aylarında Heydər Əliyevin Vətənə qayıtmaq cəhdindən və respublika və ittifaq rəhbərliyi, həmçinin Azərbaycan DTK-sı tərəfindən bu cəhdə mane olunmasından bəhs edilirdi. Bu, çox dramatik və maraqlı əhvalat idi. Kitab Heydər Əliyevin çox xoşuna gəldi. Mənimlə söhbət zamanı o, kitabın əhəmiyyətini nəzərə alaraq, onu tarixi kitab adlandırdı. Heydər Əliyevin komandasının ən yaxın üzvləri mənə söyləyirdilər ki, adətən ona bir kitab hədiyyə ediləndə bu kitab bir-iki gün onun kabinetində, iş masasının üstündə qalır, sonra isə onu kitabxanaya təhvil verirdilər. Amma bu kitab yarım il onun iş masasının üstündə qalıb. Heydər Əliyev kitabı dönə-dönə oxuyur və onu yazdığımıza görə İsa Nəcəfova və mənə təşəkkür edirdi. Sonra “Şüşə saray” kitabı yarandı. Bu kitab da siyasi detektiv janrındadır, orada da Heydər Əliyevin bədii obrazı var. Daha sonra mən “Həqiqət anları” kitabımı nəşr etdirdim. Bu dəfə artıq publisistika formasında Heydər Əliyevin xarici səfərləri, onun xarici diplomatiyası barədə söhbət açmışam. Beləliklə, mən bu mövzuya sanballı baqajla girişmişəm. Heydər Əliyevlə söhbətlərimdə memuarlar mövzusuna dəfələrlə toxunmuşam. Ona deyirdim: “Heydər Əliyeviç, siyasətçilərin çoxu öz memuarlarını yazırlar, Siz də belə etsəydiniz çox yaxşı olardı. Siz bu qədər ölkələrdə olmusunuz, bu qədər insanlarla görüşmüsünüz. Baxın, məsələn, Yeltsin artıq üçüncü kitabını, Qorbaçov beşinci kitabını yazıb”. Heydər Əliyev onları yaxşı tanıyırdı, buna görə əlini yellədərək dedi: “Qulaq as, onların əvəzinə başqaları yazır, mən isə hər işi özüm görməyə adət etmişəm. Gördüyün kimi, mənim vaxtım yoxdur. Mən başqa işlərlə məşğulam”. Hərçənd, ömrünün sonuna yaxın, təxminən 2002-2003-cü illərdə o razılaşırdı ki, memuarlar üzərində işləmək və tarix üçün nə isə qoyub getmək lazımdır. O, hətta məndən sual kitabçası tərtib etməyimi, kitabın planını hazırlamağımı xahiş etmişdi. Mən kitabın planını da hazırladım, birinci kitab üçün sualları da tərtib etdim. Yadımdadır, onları İlham Heydər oğlunun vasitəsilə Heydər Əliyevə çatdırdım, o da atasının bu işə başlamasının böyük tərəfdarı idi. Lakin bu ideya reallaşmadı.

2003-cü il aprelin əvvəlində mənim kabinetimə zəng çalındı. Heydər Əliyevin köməkçisi Tariyel Ağayev dedi ki, cənab Prezident mənimlə danışmaq istəyir. Heydər Əliyev dedi ki, onun 80 illiyi münasibətilə yazdığım “Həqiqət anları” kitabımı alıb. Kitab onun çox xoşuna gəlmişdi. O dedi: “Bu günlərdə Tariyel sənin yeni kitabını mənə verib. Afərin! Bilirdim ki, sən mənim səfərlərim barədə çox yazırsan. Həm Moskva mətbuatında, həm də yerli mətbuatda sənin məqalələrini oxuyurdum. Lakin bütün bunları qoruyub saxlamağın, onları sistemli şəkildə işləməyin və öz kitabında bu cür uğurlu şəkildə təqdim etməyin mənim üçün xoşagələn gözlənilməzlik oldu. Sağ ol!”. Onda mən öz niyyətimi onunla bölüşdüm: “Heydər Əliyeviç, Sizin bioqrafiyanızı yazmaq istəyirəm”. O, hərfən belə cavab verdi: “Yaz, Elmira, yaz. Səndə bu yaxşı alınır, mən isə ... özün görürsən ki, vaxtım çatışmır”.

Onun həmin sözləri indiyə qədər yadımdadır: “Yaz, Elmira, yaz. Səndə bu yaxşı alınır...”. Bir müddətdən sonra başa düşdüm ki, bu sözlər vəsiyyət imiş. Bu, Heydər Əliyevin özünün mənə verdiyi xeyir-dua, bir növ “kart-blanş” idi.

Bu sözləri hədsiz sevdiyim, mənim istedadıma və kitablarıma hörmət edən bir insan demişdi. Bu, əslində ağsaqqal xeyir-duası idi. Təbii ki, belə sözlərdən sonra mən geri çəkilə bilməzdim. 2003-cü ilin aprel ayından bu kitab üzərində işləməyə, material toplamağa, Heydər Əliyevin Kremldəki həmkarları Nikolay Rıjkov, Vitali Vorotnikov, Aleksandr Yakovlev, Yeqor Liqaçov, onun köməkçiləri və məsləhətçiləri, həmkarları və başqaları ilə söhbət etməyə başladım. Zaman göstərdi ki, bu, düzgün seçim idi, çünki insan gəldi-gedərdi. Mənim qəhrəmanım barəsində bu dəyərli xatirələri qeydə almağa macal tapmaq lazım idi.

Əlbəttə, mənə kömək edirdilər. İlk növbədə, Kəmaləddin Heydərovu qeyd etmək istərdim. O, məni çox dəstəkləyib, bu səfərlərə göndərib, insanlarla əlaqə yaratmağıma kömək edib. Kamal müəllim tez-tez məndən soruşurdu: “Elmira, artıq bir neçə ildir ki, işləyirsən. Bəs hanı kitablar?” Mən belə cavab verirdim: “Bir az da gözləyin, mən hələ hamının rəyini soruşmamışam”. On il keçdi, o vaxt söhbət etdiyim insanların çoxu artıq dünyasını dəyişib. Məsələn, Heydər Əliyevin DTK üzrə həmkarları ilə söhbət etdiyim vaxt onların yaşı 80-i haqlamışdı. Onlar getdilər, amma bu insanların Heydər Əliyev ilə işlədiyi illər haqqında nadir xatirələri mənim kitablarımda qaldı. Buna görə iş 13 il uzandı. Bir də ki, siz özünüz bir jurnalist kimi bilirsiniz, bu iş çox çətindir, minlərlə kilometr uzunluğunda plyonkanın şifrini açmalı idim. Söhbət bir neçə nəfərdən, hətta onlarca insandan getmir, müsahiblərimin sayı 200-dən çox olub. Ağsaqqalın xeyir-duası sayəsində mən belə bir işə girişmişəm.

-Siz yeddicildliklə bağlı işiniz barədə danışarkən bir dəfə demisiniz ki, bu kitab üzərində həyatınız boyu işləyəcəksiniz. Həqiqətən titanik zəhmətinizə görə siz yüksək təltifə - Dövlət Mükafatına layiq görülmüsünüz. Dövlət Mükafatının təqdimat mərasimindəki çıxışınızda vurğulamısınız ki, bütün həyatınızı Heydər Əliyevin bədii obrazının təcəssümünə həsr edəcəksiniz. Ümummilli Lider haqqında yenə kitablar yazmağı planlaşdırırsınızmı?

-Mənim işim davam edir. Heydər Əliyev elə şəxsiyyətdir ki, onun dahiliyi bir, iki, hətta altı kitabla kifayətlənməyə imkan vermir. Yəni, onun xarakterinin yeni-yeni cəhətləri üzrə çıxır, qarşılaşdığım insanların hər biri onun barəsində yeni heyrətamiz əhvalat söyləyir. Beləliklə, onun barəsində biliklərin dərinləşir, bu və ya digər mövzuya baxış rakursun bir qədər dəyişir. Ona görə bu iş davam edir. Məsələn, yeddicildliyi yazandan sonra mən onu əsaslı şəkildə yenidən işlədim, bir qədər ixtisar etdim, xarici oxucu üçün maraqlı olan bəzi yeni məqamlar əlavə etdim və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) sayəsində ingilis dilində üçcildlik nəşr etdik. Tərcümə çox yüksək səviyyədədir, çünki onu dilin daşıyıcıları olan ingilislər tərcümə ediblər. İngilis dilində mükəmməl danışan bəzi deputat həmkarlarım etiraf edirlər ki, bu kitablar əsasında onlar ingilis dilini öyrənir və bu sahədə biliklərini təkmilləşdirirlər. Üçcildlik Böyük Britaniya parlamentində təqdim edilib və indi onun başqa ölkələrdə təqdimatı hazırlanır. Məsələn, tezliklə Niderland parlamentində təqdimat olacaq. Bu mərasimi Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov hazırlayır. Bundan əlavə, üçcildlik türk dilinə tərcümə edilib. Bu, məni çox sevindirir, çünki Heydər Əliyev üçün Türkiyə ən yaxın ölkə idi. Onun Süleyman Dəmirəl ilə dost olmasını hamımız bilirik. Onun bu ölkəyə münasibətini, Türkiyənin ona münasibətini bilirik və onun məşhur “Bir millət, iki dövlət” kəlamı yadımızdadır. Eyni zamanda, Heydər Əliyev Fondu üçcildliyi rus dilində nəşr etdirib, keçən ilin dekabrında Moskvada təqdimatı olub. Bundan əlavə, biz bu yaxınlarda bu kitabın macar dilində nəşr olunmuş iki cildini Budapeştdə təqdim etdik.

-Elmira xanım, siz həm də yerli və xarici mətbuatda dərc edilmiş yüzlərlə məqalənin və oçerkin müəllifisiniz. Bu, sizə layiqli uğur və oxucuların minnətdarlığını gətirib. Aprel ayında tanınmış ictimai xadim, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubu komandasının əfsanəvi kapitanının xatirəsinə həsr edilmiş “Anar Məmmədxanov. Kapitanın taleyi” kitabının təqdimatı keçirildi. Hazırda nə üzərində işləyirsiniz?

-Heydər Əliyevin 95 illiyini yüksək səviyyədə qeyd etdik. Tezliklə beş il də gəlib keçəcək və Allah qoysa, Ümummilli Liderin 100 illiyini də qeyd edəcəyik. Mən bu yubiley münasibətilə şərti adı “Naməlum Əliyev” olan yeni kitab yazmaq və nəşr etdirmək istərdim. Orada yeddicildliyə daxil edilməmiş epizodlar və hekayətlər olacaq. Onlar Heydər Əliyevin sırf insani keyfiyyətlərini xarakterizə edir. Ona görə ki, biz hamımız onu görkəmli siyasi və dövlət xadimi kimi tanıyırıq. Bəs o, həyatda necə insan olub, övladları, nəvələri, həmkarları ilə ünsiyyətdə necə olması, necə istirahət etməyi xoşlaması – bütün bunlar çox maraqlıdır. Axı insan təkcə işdən ibarət ola bilməz. Bəli, Heydər Əliyeviç deyirdi ki, onun hobbisi yoxdur və sevimli məşğələsi işdir. Lakin o, məsələn, üzməyi çox xoşlayırdı. Onun şux qaməti, zabit görkəmi var idi! Bu baxımdan Heydər Əliyev təqlid olunmalı şəxsiyyətdir. Ümidvaram ki, onun 100 illiyinə qədər bu kitabı nəşr edəcəyik. Mənim daha bir niyyətim var. Yuxarıda qeyd etdiyim kimi, yeddicildlik üzərində işləyərkən iki yüzdən çox həmsöhbətimdən müsahibə götürmüşəm. Bu müsahibələr üzərində işləmək, onları qaydaya salmaq lazımdır. Çünki bu xatirələr tarixi dəyərə malikdir, orada dövr, zaman barədə, maraqlı hadisələr haqqında söhbət gedir. Sonra həmin müsahibələri “Heydər Əliyev və onun komandası” adlı ikicildlik şəklində nəşr etmək olar. Bundan əlavə, indi mən bir kitab yazıram. Mənim fikrimcə, o, çox maraqlı olacaq – “Zərifə və Heydər Əliyevlər: sevgi tarixi”. Bu heyrətamiz cütlüyün sevgisi haqqında kitab da bütün dünyada gənc nəsil üçün nümunə ola bilər. Mən elə kitab yazmaq istəyirəm ki, insanlar onu birnəfəsə oxusunlar, o, bestseller kimi oxunsun, qoy, bu güclü, amma çox tez qırılmış, lakin onların ölümündən sonra da davam etmiş sevgi tarixçəsini hamı bilsin.

-Siz ədəbi fəaliyyətinizlə yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında da fəal iştirak edirsiniz, Milli Məclisin deputatısınız. Çətin ədəbi işi deputatlıq fəaliyyəti ilə uzlaşdırmağa necə nail olursunuz?

-Bu, çox çətindir. Mən öz kitablarımı təkrar-təkrar oxuduqca fikirləşirəm: “Doğrudanmı bunları mən yazmışam? Ümumiyyətlə, mən buna necə vaxt tapmışam?” Mən əsasən axşam və gecə saatlarında, yay vaxtı, istirahət dövründə yazırdım. Adətən insanlar istirahət, məzuniyyət vaxtı televizora baxır, kinoya gedirlər. Mənim həyatımda artıq çoxdandır ki, bu cür istirahət yoxdur. Ümumiyyətlə, mən istirahətin nə olduğunu bilmirəm. Mənim üçün istirahət – kompüterin arxasına keçmək və yazmağa başlamaqdır. Mən yazmağa başlayanda hiss edirəm ki, həqiqətən nə isə edirəm. Bununla əlaqədar rəhmətlik həyat yoldaşım, məşhur kinorejissor Ramiz Axundova dərin minnətdarlığımı dilə gətirməyə bilmərəm. O, həmişə mənim bütün layihələrimi dəstəkləyirdi. Mən Heydər Əliyev ilə xarici səfərlərə gedəndə həyat yoldaşım uşaqlara baxırdı. Mən Milli Məclisə seçkilərdə namizədliyimi irəli sürəndə o, məni dəstəkləyir və deyirdi: “Get, irəli get, bu, sənin həyatındır”. Əlbəttə, bu mənada mən öz ailəmi Heydər Əliyevin ailəsi ilə müqayisə edə bilmərəm, amma müqayisə edəcəyəm. Bir dəfə oxudum ki, Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım da uşaqların tərbiyəsinə hədsiz çox vaxt ayırdığına görə asudə vaxtı olmurdu. Heydər Əliyev deyirdi: “Sən böyük həkimsən, sənin böyük potensialın var. Sən öz üzərində işləməlisən. Sən kitablar yazmalı, tədqiqatlar aparmalısan”. Zərifə xanım da əsasən gecələr, öz asudə vaxtı hesabına işləyirdi. Heydər Əliyev xanımının uğurlarına görə həmişə fəxr edirdi. Bilirsinizmi, Siyasi Büro üzvlərinin çoxunun xanımları adi evdar qadınlar idi. Heydər Əliyev Moskvada işləyəndə həmkarlarını xanımını ilə tanış edəndə həmişə deyirdi: “Bu, Zərifə Əliyevadır. Mənim həyat yoldaşım. Akademikdir”. Çoxları ona həsəd aparırdı.

Elə qadınlar var ki, ərlərini onların uğurlarına görə qısqanırlar, elə kişilər də var ki, öz xanımlarını uğurlarına görə qısqanırlar. Bizim ailədə heç vaxt belə olmayıb. Mənim ailəm həmişə məni dəstəkləyib və bu, ən başlıca səbəb olmasa da, mənim ədəbi işi deputatlıq fəaliyyəti ilə uğurla əlaqələndirə bilməyimin səbəblərindən biri olub. Hər halda, bu, asan deyil. Lakin mən çalışıram və cənab Prezidentin məni təltif etdiyi yüksək ada əsasən deyə bilərəm ki, hələlik bunun öhdəsindən gəlirəm. Bir sözlə, dahi Heydər Əliyevin vaxtilə dediyi kimi: “Yaz Elmira, bu, səndə yaxşı alınır”.

-Maraqlı və məzmunlu müsahibəyə görə sağ olun. Sizə yeni yaradıcılıq uğurları arzu edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub VİDEO

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır