ELM VƏ TƏHSİL


“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” konfransına 140-dək tezis göndərilib

Bakı, 5 may, AZƏRTAC

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı IV beynəlxalq elmi konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dillər Universitetindən bildirilib.

Mövcud pandemiya şəraiti ilə əlaqədar konfransın ötən ildə olduğu kimi, virtual formatda keçirilməsi nəzərdə tutulur. Konfransın elektron ünvanına 140-a yaxın tezis daxil olub. Tezislər arasında Azərbaycan universitetləri və elm ocaqları ilə yanaşı, Kiyev Milli Linqvistik Universiteti, Özbəkistan Beynəlxalq İslam Akademiyası, Naberejnıy Çelnı Dövlət Pedaqoji Universiteti, N.İ.Lobaçevski adına Nijqorod Dövlət Milli Tədqiqat Universitetindən olan iştirakçıların tezisləri yer alıb. Tezislərin hər biri redaksiya heyəti tərəfindən diqqətlə yoxlanılıb.

Tezis sayının çox olması səbəbindən konfransda çıxış üçün yer əsasən xarici qonaqlara və redaksiya heyəti tərəfindən seçilmiş maraqlı mövzu müəlliflərinə veriləcək. Tezislər konfransdan sonra redaktə edilərək elektron versiyada ADU-nun saytında və elektron kitabxanasında yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.