ELM VƏ TƏHSİL


“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakı, 1 aprel, AZƏRTAC

Mayın 7-də Azərbaycan Dillər Universiteti tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda IV beynəlxalq elmi konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm modeli”, “Qloballaşan dünyada dillərin və mədəniyyətlərin dialoqu”, “Müasir beynəlxalq münasibətlər və multikulturalizm”, “Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu” istiqamətlərini əhatə edəcək konfrans Azərbaycan, ingilis və rus dillərində təşkil olunacaq. “Zoom” platformasında keçiriləcək konfransda iştirak etmək istəyənlər tezislərini aprelin 25-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.