REGİONLAR


“Heydər Əliyev nəzəri irsində müəllim peşəsi” mövzusunda videokonfrans keçirilib

Zərdab, 14 aprel, AZƏRTAC

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev nəzəri irsində müəllim peşəsi” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim Rüfət Hüseynzadə, Zərdab rayon təhsil şöbəsinin kollektivi, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyindəki mədəniyyət müəssisələrinin əməkdaşları və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktorları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova konfransı açaraq ulu öndər Heydər Əliyevin fenomen yaddaşından, hərtərəfli bilik və dünyagörüşündən, unikal istedadından, dövlət quruculuğunda yüksək peşəkarlığından, insanlarla ünsiyyətdə səmimiyyətindən söz açıb, dahi rəhbərin müəllim peşəsinə yüksək qiymət verdiyini vurğulayıb.

Professor Rüfət Hüseynzadənin “Heydər Əliyev nəzəri irsində müəllim peşəsi” mövzusunda məruzəsi dinlənilib, çıxışlar olub. Məruzə və çıxışlarda ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyinə yüksək dəyər verdiyi, müəllimə hörmət və ehtiramla yanaşdığı vurğulanıb. Qeyd olunub ki, Ulu Öndər bütün fəaliyyəti dövründə təhsilə, tərbiyəyə strateji sahə kimi baxıb, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət verib.

Videokonfransda Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin də müəllim əməyini yüksək qiymətləndirdiyi, müasir tələblərə cavab verən pedaqoji kadr hazırlığına xüsusi diqqət göstərdiyi bildirilib, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində təhsilin əsas istiqamətlərdən biri kimi yer tutduğu qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.