ELM VƏ TƏHSİL


Heydər Əliyev öz siyasi uzaqgörənliyi ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Dövlət İmtahan Mərkəzində (DİM) ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin DİM-in binasında yerləşən büstü ziyarət edilib və dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub. İştirakçılar Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.

Öncə mərasim iştirakçıları Ulu Öndərin, eləcə də bütün şəhidlərimizin müqəddəs xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Sədr qeyd edib ki, Heydər Əliyev öz siyasi uzaqgörənliyi ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz iz qoyub: “Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarıb”.

Məleykə Abbaszadə, həmçinin Ümummilli Liderimizin fəaliyyətində Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsil və mütəxəssis hazırlığına göstərdiyi qayğı haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə DİM-in əməkdaşları ilə yanaşı, 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında yüksək bal toplayan abituriyentlər də iştirak ediblər.

Görüşdən əvvəl abituriyentlər DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə və ümummilli lider Heydər Əliyevin təhsilə qayğısından bəhs edən guşə ilə tanış olublar.

Tədbirin sonunda dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.