Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində Naxçıvan ötən il də inkişaf və sabitlik ünvanına çevrilib

Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində Naxçıvan ötən il də inkişaf və sabitlik ünvanına çevrilib

Naxçıvan, 26 yanvar, AZƏRTAC

Muxtar respublikada bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, məqsədyönlü islahatların, mühüm infrastruktur layihələrinin, dövlət proqramlarının reallaşdırılması nəticəsində iqtisadi inkişaf ötən il də artan templə davam edib. Cəmiyyətdə ideya və dəyərlər sisteminin formalaşmasına əsaslı təsir göstərən milli-mənəvi və ideoloji dəyərlərimizin yaşadılması, məsələlərin tezliklə həllinə yönəlmiş perspektivli siyasətin aparılması yeni-yeni uğurlara yol açıb, sosial-siyasi və mədəni həyatda mühüm nailiyyətlər əldə olunub. Ötən il həm də Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı adını daşımasının qürurunu yaşadıq. Azərbaycan Respublikası Prezidentinin Sədri olduğu “Caspian European Club”un 2017-ci və 2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxması isə sevincimizə sevinc qatdı.

İnvestisiyanın həcmi artırılıb, sahibkarlıq inkişaf etdirilib, xarici iqtisadi əlaqələr genişləndirilib

2018-ci ilin əhəmiyyətli hadisələrindən biri də yanvarın 23-də Heydər Əliyev Muzeyində muxtar respublikanın 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbirin keçirilməsi olub. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ölkəmizin və muxtar respublikamızın sürətlə inkişaf etdiyini, inkişafın mərkəzində insan amilinin dayandığını vurğulayaraq deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlar Azərbaycanın hər bir bölgəsini əhatə edib. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu və icra olunması ölkəmizdə tikinti-quruculuq işlərinin həcmini xeyli artırmış, sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, əhalinin rifah halı yaxşılaşmışdır. Ötən dövrdə istifadəyə verilən məktəb binaları, olimpiya-idman kompleksləri, xəstəxanalar, salınan yollar, yaradılan yeni istehsal müəssisələri, açılan yüz minlərlə iş yerləri bir daha göstərir ki, Azərbaycanda inkişafın mərkəzində insan amili dayanır. Naxçıvan Muxtar Respublikasının inkişafı da ölkə başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanır”.

Fevralın 9-da – Naxçıvan Muxtar Respublikasının yaranmasının 94-cü ildönümündə Naxçıvan Biznes Mərkəzində Ali Məclisin Sədri muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı davamlı iqtisadi yüksəlişə töhfə verən sahibkarlığın inkişafını şərtləndirən mühüm istiqamətləri qeyd edib. Bunlar vergi və gömrük güzəştlərinin, dövlət qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi, torpaq mülkiyyətçilərinin torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, bu sahədə çalışanlara bir sıra güzəştlərin tətbiq olunması, subsidiyaların verilməsi, ailə təsərrüfatlarının fəaliyyətlərinin dəstəklənməsi və digər mühüm məsələlərdir. Həmin tədbirdə Ali Məclis Sədrinin yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 11 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etməsi isə bu sahənin inkişafının diqqət mərkəzində olduğunu bir daha təsdiqləyib.

İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında mövcud əlaqələr gündən-günə genişlənir. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı əlaqələrin inkişaf perspektivlərinin diqqət mərkəzində saxlanılması bir sıra sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişaf edəcəyinə zəmanət verir. Ötən il aprelin 6-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Naxçıvan Muxtar Respublikasına səfəri bu baxımdan əhəmiyyətlidir. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb, söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlin ən mühüm ictimai-siyasi hadisəsi

Ölkəmizdə və muxtar respublikamızda ilin ən mühüm ictimai-siyasi hadisələrindən biri də aprelin 11-də Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi oldu. Müstəqil respublikamızda demokratik seçki sisteminin yaradılması seçkilərin ədalətli və şəffaf şəraitdə keçirilməsinə, mövcud sabitlik və inkişaf isə insanların seçkilərdə fəal iştirakına imkan verib. Aprelin 11-də muxtar respublikada 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsində keçirilən seçkilərdə həmin seçki dairələrində qeydə alınmış seçicilərdən 222 min 895 nəfəri, yəni seçicilərin 82,3 faizi seçkilərdə iştirak edib.

Ali Məclisin Sədri ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib.

Ulu Öndərin 95 illiyi muxtar respublikada yüksək səviyyədə qeyd olunub

2018-ci il həm də ulu öndərimiz Heydər Əliyevin 95 illiyinin qeyd olunması ilə yadda qalıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına əsasən muxtar respublikada silsilə tədbirlər keçirilib.

Mayın 10-da Ali Məclisin Sədri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Həmin gün Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş rəsm sərgisinə baxıb.

Qürurla deyə bilərik ki, böyük zəhmətlə, vətənpərvərliklə görülən genişmiqyaslı işlər, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikamız bu gün mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi şöhrət qazanıb. Bu sırada beynəlxalq rəsm festivalları özünəməxsus yerə malikdir. Ötən il mayın 21-dən 24-dək Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilib. Mayın 24-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb. Ali Məclisin Sədri sərginin açılışında iştirak edib.

Prezidentin səfəri 2018-ci ilin ən əlamətdar hadisəsi kimi yadda qalıb

Ötən il mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına növbəti səfəri də ilin ən əlamətdar hadisəsi kimi yadda qalıb. Həmin gün dövlətimizin başçısı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin, Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının, Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin, Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 nömrəli tam orta məktəbin, Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışında iştirak edib. Ölkə rəhbəri Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə, eyni zamanda, Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində silahlanmaya yeni qəbul edilən hərbi texnikalarla, buradakı Təlim-Tədris Mərkəzi ilə də tanış olub.

Prezident İlham Əliyev muxtar respublikada görülən işləri yüksək qiymətləndirərək deyib: “Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm”.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamına əsasən, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” təsdiq olunub.

Ötən il mayın 28-də Naxçıvan şəhərinin baş meydanında – Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Yubiley tədbirində iştirak edən Ali Məclisin Sədri Cümhuriyyətin xalqımızın istiqlal tarixinin şanlı səhifəsi olduğunu, milli hökumətimizin keçdiyi şərəfli yolun gələcək müstəqil dövlətçilik üçün mühüm siyasi və tarixi əsas yaratdığını vurğulayıb.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yürüş keçirilib.

İslama münasibətin elmi və mədəni yanaşmaya əsaslanan Naxçıvan modeli dünyaya təqdim edilib

Naxçıvan qədimliyi, mədəni zənginliyi, mühüm strateji əhəmiyyəti ilə yanaşı, həm də inkişaf, sabitlik, mədəniyyətlərarası dialoq məkanı, informasiya mərkəzi kimi şöhrət qazanıb. Doğma diyarımızda islami dəyərlərin dünyəviliklə vəhdətdə inkişaf etdirilməsi nəticəsində İslama münasibətin elmi və mədəni yanaşmaya əsaslanan Naxçıvan modeli formalaşıb. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması tolerantlığın, multikulturalizmin harmoniyasından yaranan və İslama yüksək münasibəti özündə əks etdirən Naxçıvan modelinin dünyaya təqdim edilməsinə geniş imkanlar açıb. Ötən il iyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində bu məqamlar xüsusilə qeyd olunub.

Ötən il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla başa çatdırdı. Bununla qədim diyarımız İslam mədəniyyətinə, həmçinin bəşər sivilizasiyasına yeni töhfələr bəxş etdi. Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktorunun müavini Əminə əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbirində iştirak ediblər.

Uğurlu Naxçıvan əməliyyatı - Günnüt zəfəri

Ötən ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun ön xəttin dövlət sərhədi boyu 26 kilometr məsafəni əhatə edən əməliyyatı nəticəsində 7 kilometrədək dərinlikdə mühüm əhəmiyyətə malik hakim yüksəklikləri ələ keçirməsi, Şərur rayonunun işğal altındakı Günnüt kəndini azad etməsi və nəticədə, düşmənin yaşayış məntəqələrinə və mühüm strateji yollara tam nəzarəti ələ alması onun qüdrətinin növbəti göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu mühüm hadisəni “Uğurlu Naxçıvan əməliyyatı” adlandırıb.

Ötən il iyulun 3-də Ali Məclisin Sədri Günnüt kəndindəki hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüb. Muxtar respublika rəhbəri mövqelərdə xidmətin təşkili ilə maraqlanıb, Günnüt əməliyyatında iştirak edən əsgər və zabitlərə hədiyyələr təqdim edib.

Günnüt kəndinin və ətraf ərazilərin ordumuzun nəzarəti altına keçməsi bu torpaqlardan səmərəli istifadə etməyə imkan yaradıb. Sərhəddə yerləşən həmin ərazilərimizin etibarlı müdafiəsi, zəngin bitki örtüyü arıçılıqla, maldarlıq və heyvandarlıqla məşğul olanlar üçün çox əlverişlidir. Şərur rayonunun Günnüt kəndinin ərazisində bu imkanlardan səmərəli istifadə edirlər. İyulun 3-də Ali Məclisin Sədri Günnüt kəndindəki arıçılarla görüşüb, bundan sonra da təsərrüfat sahibləri üçün hərtərəfli şəraitin yaradılacağını bildirib, arıçılara təşəkkür edib.

İnkişaf davamlı xarakter alıb

Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı 2018-ci ilin birinci yarısında da davam edib. Məhz bunun nəticəsidir ki, birinci yarım ildə ümumi daxili məhsul istehsalı 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 1 milyard 246 milyon manatdan çox olub. İstehsal olunan sənaye məhsulunun 96 faizə yaxınının qeyri-dövlət sektorunun payına düşməsi sahibkarlığa göstərilən yüksək dövlət qayğısının təzahürüdür. Ötən ilin altı ayı ərzində 1364 yeni iş yerinin açılması, bunun da 98,3 faizinin daimi iş yerlərinin olması əhalinin məşğulluğunun artırılması və sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Muxtar respublikanın inkişafının yüksələn xətt üzrə davam etdiyini göstərən bu və digər əhəmiyyətli faktlar 2018-ci il iyulun 14-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında da qeyd olunub.

Muxtar respublikada bütün sahələrdə inkişaf proseslərinin davamlı xarakter alması, qarşıya çıxa biləcək problemlərin vaxtında həllinə nail olunması istiqamətində ardıcıl işlər görülür. Kəskin kontinental iqlimə malik olan Naxçıvanda payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır. Ötən il avqustun 4-də Naxçıvan Muxtar Respublikasında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələrin icrasının nəticəsidir ki, soyuq qış günlərində də Naxçıvanın bütün yaşayış məntəqələri fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təchiz edilir.

Naxçıvan artıq dünyanın mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir

Bu gün sabitliyin və əmin-amanlığın hökm sürdüyü muxtar respublika özünün sosial-iqtisadi inkişafı, abadlığı ilə hər kəsin diqqətini cəlb edir. Multikultural dəyərlərin yaşadıldığı Naxçıvan artıq dünyanın mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir, Şərqlə Qərb arasında müxtəlif əməkdaşlıq əlaqələrinin inkişafında mühüm körpüyə çevrilir. Ötən ilin sentyabrında İslam Mədəniyyətinin Paytaxtı olan Naxçıvanda Avropa İttifaqının üzvü olan dövlətlərin diplomatik nümayəndələrinin iştirakı ilə “Avropa günləri”nin keçirilməsi bu qədim diyarın Qərb üçün də əhəmiyyətini bir daha ortaya qoyub.

Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin açılış tədbiri keçirilib. Ali Məclisin Sədri tədbirdə iştirak edib, nümayiş olunan sərgilərə baxıb.

Muxtar respublikada müxtəlif istiqamətlər üzrə festivalların təşkili də davamlı xarakter alıb. Həmin tədbirlər ölkəmizin müxtəlif bölgələrindən, o cümlədən xarici ölkələrdən gələn çoxsaylı qonaqlar tərəfindən də maraqla qarşılanır. Ötən il oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən üçüncü “Arıçılıq məhsulları – bal festivalı” və noyabrın 10-da “Ailə təsərrüfatı məhsulları” festivalı bu baxımdan daha çox diqqəti cəlb edib. Ali Məclisin Sədri hər iki festivalda iştirak edib, arıçılığın və ailə təsərrüfatlarının inkişafına bundan sonra da dəstək göstərilməsinin vacibliyini bildirib.

Babək rayonun 40 illik yubileyi qeyd olunub

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycana bəxş etdiyim töhfələr – zavodlar, buruqlar, binalar, obyektlər, abidələr, yeni qəsəbələr mən həyatda olmayanda da Heydər Əliyevin izləri kimi yaddaşlarda yaşayacaqdır”. Ötən il yaranmasının 40 illiyini qeyd etdiyimiz Babək rayonu və Babək qəsəbəsi də Ulu Öndərimizin yadigarları kimi yaşayır və inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 16-da “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalayıb. Bununla bağlı təsdiq olunmuş Tədbirlər Planına əsasən rayonda geniş quruculuq işləri aparılıb, Babək qəsəbəsində dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina əsaslı şəkildə yenidən qurulub. Oktyabrın 22-də Babək Rayon Mədəniyyət Evində rayonun 40 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Həmin tədbirdə iştirak edən Ali Məclisin Sədri 1978-ci ildə xalq qəhrəmanı Babəkin adını daşıyan rayonun yaradılmasının Heydər Əliyev milli quruculuq strategiyasının nəticəsi kimi mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib

Qədim sivilizasiya məkanı olan, bu gün bütün sahələrdə inkişaf edərək Türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilən Naxçıvan noyabrın 26-da daha bir ilkə imza atdı – həmin gün Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirildi.

Forumun açılışında iştirak edən Ali Məclisin Sədri deyib: “Elm, təhsil və mədəni inkişaf tarixən türk xalqlarını birləşdirib. “Kitabi-Dədə Qorqud” və “Manas” dastanları, Orxan-Yenisey, Qobustan və Gəmiqaya yazılı abidələri türk xalqlarının milli varlığının, təfəkkürünün və birliyinin ifadəsidir. Mövlanə Cəlaləddin Rumi, Xoca Əhməd Yasəvi, Baba Nemətullah Naxçıvani kimi görkəmli mütəfəkkirlər ümumtürk mədəniyyətinin möhkəmlənməsinə öz töhfələrini vermişlər. Bu mədəniyyətdə payı olan Naxçıvan coğrafi cəhətdən də türk toplumlarının mərkəzində yerləşir. 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün, bu gün isə Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mərkəz kimi Naxçıvanın əhəmiyyətini daha da artırır”.

Ali Məclisin Sədri bütün bunları nəzərə alaraq Naxçıvanda Türk Universitetinin yaradılması təşəbbüsünü irəli sürüb.

Muxtar respublika rəhbəri Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumuna mühüm əhəmiyyət verildiyini, forumun səmərəli olacağına inamını bildirib, təşkilatçılara və iştirakçılara təşəkkür edib, çıxışını ölkə Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Gələcəkdə gənclər ölkəmizi idarə edəcəklər. Bunun yeganə yolu ondan ibarətdir ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz Vətəninə bağlı olsunlar, öz Vətənini sevsinlər və dövlət müstəqilliyini hər şeydən üstün tutsunlar”.

Qeyd edək ki, Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası məhz Naxçıvanda qoyulub. Qədim diyarda keçirilən bu forum eyni soykökə, ortaq mədəniyyətə və tarixə malik olan türkdilli ölkələrin gəncləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və inkişafına geniş imkanlar açır.

İdmanın inkişafı diqqət mərkəzində saxlanılır

Muxtar respublikada müasir idman infrastrukturunun mövcudluğu gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır. Yaradılan şərait, göstərilən diqqət və qayğı nəticəsində hazırda muxtar respublikada bütün yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olan yeniyetmə və gənclərin sayı gündən-günə artmaqdadır.

Ötən il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə də uşaqların, yeniyetmələrin və gənclərin sağlamlığının qorunması və idmanın inkişafı üçün vacib məsələlərin gündəmə gətirilməsi ilə yadda qalıb.

Müharibə əlilləri, şəhid ailələri diqqət və qayğı ilə əhatə olunub

Muxtar respublikada müharibə əlilləri, şəhid ailələri mənzillə təmin edilir, onlara minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Dekabrın 20-də Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzilin təqdim olunması, 1 Çernobıl əlilinə isə “NAZ Lifan 320” markalı minik avtomobilinin verilməsi də bunun bariz nümunəsidir.

Həmin gün Ali Məclisin Sədri xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirib, onlara yeni mənzillərində rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini və avtomobilin açarını təqdim edib.

Dövlətimizin başçısının göstərdiyi diqqət və qayğı Naxçıvanın inkişafına yol açır

Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ötən il də inkişaf və sabitlik ünvanına çevrilən, Naxçıvanın sosial-iqtisadi və ictimai-mədəni həyatında əlamətdar hadisələrlə yadda qalıb. Naxçıvanda bütün sahələrdə inkişaf təmin olunub. Təsadüfi deyil ki, 2018-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalı 2 milyard 773 milyon manatdan çox olub ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur.

Ötən il dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar çıxış edən Ali Məclisin Sədri deyib: “Heç şübhəsiz ki, bu uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı, eləcə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında davam və inkişaf etdirilən Heydər Əliyev siyasi xətti və çəkilən zəhmət sayəsində nail olunmuşdur”.

Bəli, muxtar respublikamız bütün bu uğurlara Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modelinin tərkib hissəsi olan inkişaf konsepsiyasının qətiyyətlə həyata keçirilməsi, dövlətimizin başçısının diqqəti, qayğısı və çəkilən zəhmət sayəsində nail olub. Yeniləşməyə və tərəqqiyə doğru hərəkatın başlıca hərəkətverici qüvvəsi isə həm də Vətən sevgisi, elə-obaya sıx bağlılıq, yüksək tələbkarlıq, prinsipiallıq, yorulmaz fəaliyyət, əqidə bütövlüyüdür. Muxtar respublikada sabitliyin, əmin-amanlığın, birliyin təmin edilməsi, milli inkişaf potensialının hərəkətə gətirilməsi, bu potensialdan səmərəli istifadə olunması nəticəsində ötən 24 il Naxçıvanın şanlı tarixinə qızıl hərflərlə yazılıb. Bu tarixdə 2018-ci ilin xüsusi yeri var.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır