MƏDƏNİYYƏT


“Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Azərbaycan Dövlət Film Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan kinosuna verdiyi böyük töhfədən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan kinematoqrafiyası beynəlxalq miqyasda tanınmağa başladı: “Məhz həmin dövrdən başlayaraq Azərbaycan kinosunda çox vacib və mühüm hadisələr baş verdi”.

C.Quliyev Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral tarixli Sərəncamının və “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın bu sahənin inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.

Daha sonra konfransda kinorejissorlar Oqtay Mirqasımov, Vaqif Mustafayev, Ayaz Salayev və kinoşünas Aydın Kazımzadə çıxış edərək Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.

Natiqlər Ulu Öndərin vaxtilə gördüyü işləri diqqətə çatdıraraq, Heydər Əliyevin kino sahəsində qoyduğu ənənələrin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər.

Sonra kinorejissor, Xalq artisti Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.