ELM VƏ TƏHSİL
“Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzusunda elmi konfrans keçiriləcək
Bakı, 20 dekabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü il mayın 2-də “Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzusunda respublika elmi konfransını keçirəcək.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Konfrans 1969-1982-ci illərdə Azərbaycanda muzey işinin inkişafında yeni mərhələnin başlanğıcı; Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda muzey işi sahəsində yeni addımlar; Heydər Əliyev və Azərbaycanın tarixi-mədəni irsinin qorunması, öyrənilməsi, təbliği; XXI əsr Azərbaycanda muzey işinin inkişafında yeni mərhələ bölmələrini əhatə edəcək.
Tədbirdə iştirak etmək üçün məruzələr 2023-cü il martın 30-dək [email protected] ünvanına göndərilməlidir. Məruzələrin qəbul edilməsi haqqında məlumat aprelin 20-dək elan olunacaq.