İQTİSADİYYAT
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgidə 150-dən çox yerli şirkət iştirak edir





Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də “Bakı Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un təşkilatçılığı ilə təşkil edilib.
Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.
Tədbiri açan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, Ulu Öndər müstəqil Azərbaycan dövlətində sahibkarlığın inkişafına daim diqqət göstərib. Respublikada qısa müddətdə bazar iqtisadiyyatı formalaşıb, bu sahədə qanunvericilik bazası yaradılıb, mütərəqqi islahatlar aparılıb.
Q.Təhməzli, həmçinin qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərdən də danışıb.