“Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı” adlı respublika elmi-praktik konfransı keçirilib
AzerTAg.az
Gəncə, 6 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı” adlı respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Konfransda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Türkiyənin EGE Universitetinin bir qrup alimi, universitetin professor-müəllim heyəti və tələbələri, həmçinin respublikanın müxtəlif universitetlərindən olan məruzəçilər iştirak ediblər.
Konfransı açan İbrahim Cəfərov iştirakçıları salamlayaraq, konfransın məqsədi, proqramı barədə qısa məlumat verib. Ulu öndər Heydər Əliyevin respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətindəki əvəzedilməz fəaliyyətindən bəhs edən rektor bildirib ki, bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən ölkəmizin bütün sahələrində, o cümlədən aqrar sahədə də uğurla davam etdirilir.
Sonra konfrans aqrar sahədə mövcud aktual problemlərə dair təqdimatlarla davam edib.









Xəbərin mətnində orfoqrafik səhv var