“Heydər Əliyev və Dövlət gənclər siyasəti” mövzusunda “Açıq dərs”
AzerTAg.az
Bakı, 2 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Dövlət gənclər siyasəti” mövzusunda “Açıq dərs” keçirilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı bildirilib ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu tarix MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Sonra “Heydər Əliyev və Dövlət gənclər siyasəti” mövzusunda videoçarx nümayiş olunub.




Xəbərin mətnində orfoqrafik səhv var