HEYDƏR ƏLİYEV - 100


“Heydər Əliyev və dini tolerantlıq” mövzusunda respublika konfransı keçiriləcək

“Heydər Əliyev və dini tolerantlıq” mövzusunda respublika konfransı keçiriləcək

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Azərbaycan İlahiyyat İnstitutu aprelin 26-da “Heydər Əliyev və dini tolerantlıq” mövzusunda respublika elmi konfransı keçirəcək.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Konfrans Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik, tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi, Heydər Əliyev və Azərbaycanda din siyasətinin prioritetləri, dünyada dövlət-din münasibətləri modelləri, qloballaşan dünyada dinlər və mədəniyyətlərarası dialoq, Heydər Əliyevin siyasətində mənəvi dəyərlər və milli ləyaqət anlayışı, Heydər Əliyev və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və s. mövzu və istiqamətləri əhatə edəcək.

Məqalələr mövzu və istiqamətlərə uyğun martın 27-dək [email protected] ünvanına göndərilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.