REGİONLAR
“Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda növbəti məşğələ
İsmayıllı, 27 sentyabr, AZƏRTAC
İsmayıllıda Heydər Əliyev idarəetmə məktəbinin növbəti məşğələsi keçirilib. Məşğələdə “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusu tədris olunub.
AZƏRTAC xəbər verir ki, şəhər uşaq kitabxanasının akt zalında təşkil olunan məşğələdə dini icma sədrləri, dini ayinlərin icraçıları, ümumtəhsil məktəbləri direktorlarının müavinləri, uşaq təşkilatlarının rəhbərləri, ağsaqqallar, mədəniyyət, səhiyyə və təhsil işçiləri iştirak ediblər.
Məşğələnin əvvəlində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” filmi nümayiş olunub.
Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini, başçı yanında dini işlər komissiyasının sədri Rövşən Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış ediblər.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olub. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də çox aktualdır. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən milli mənəvi dəyərlərin inkişafı konsepsiyası onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilir. Məhz bu siyasət sayəsində ölkəmiz istər milli, istərsə də dini baxımdan bütün dünyada tolerantlıq modeli kimi tanınır.
Məşğələnin sonunda mövzu ətrafında diskussiya aparılıb.